Şeytanın Balaları

“Gülya Camaatının” Bakı sövdası - Fətullah Gülən rəsmi Bakı ilə münasibətlərini qaydaya salmağa çalışır

“Gülyaçılar” rəsmi Bakı ilə münasibətlərini qaydaya salmaq üçün xüsusi heyət də yaradaıblar.

  • News Code : 652864
  • Source : dia.az
Brief

Anonim mənbə: «Nurçular Azərbaycanda qalıb fəaliyyət göstərə, əllərindəki imkanları qoruya bilmələri üçün bütün mümkün addımları müzakirə ediblər. Hətta konkret bir heyət də yaradılıb ki, bu heyət Azərbaycanda nurçuların Fətullah Gülən qanadının rəsmi Bakı ilə münasibətlərinin qaydasına salınması üçün fəaliyyət göstərməlidir».

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Azərbaycanda nurçuların yenidən təmərküzləşməsi prosesi gedir. Artıq bir neçə belə toplantı baş tutub. Bu günlərdə isə Türkiyədən gələn nüəuzlu bir simanın iştirakı ilə Bakıda mühüm şəxslərlə görüş keçirilib.

Adının açıqlanmasını istəməyən resurs bildirib: Bakıdakı restoranların birində keçən şənbə günü baş tutan görüşdə ilginc anlaşma əldə olunub:

«Nurçular Azərbaycanda qalıb fəaliyyət göstərə, əllərindəki imkanları qoruya bilmələri üçün bütün mümkün addımları müzakirə ediblər. Hətta konkret bir heyət də yaradılıb ki, bu heyət Azərbaycanda nurçuların Fətullah Gülən qanadının rəsmi Bakı ilə münasibətlərinin qaydasına salınması üçün fəaliyyət göstərməlidir».

Mənbə daha sonra bildirir: «Fətullah Gülənin özü də dəfələrlə müxtəlif yollarla rəsmi Bakı ilə danışıqlarda maraqlı olduğunu nümayiş etdirib. Hətta davamlı olaraq Gülənə yaxın məmurların «vurulması» dönəmində də bu təşəbbüslər hiss olunurdu.

Son həftələr ərzində isə Gülən camaatının Bakı ilə dostlaşma meyilləri daha da güclənib».

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib