Şeytani Birliyin Nökəri

Türkiyədən İslam Dünyasına zərbə - NATO işğalçı qüvvələrin Patriot raket sistemi Türkiyə torpaqlarında yerləşdirildi – Foto

Suriyada böhranın gərginləşməsi ilə, türklərin birlik təşkil etdiyi NATO işğalçıları raket sistemlərini Türkiyədə yerləşdirdi.

  • News Code : 643448
  • Source : ABNA- Xəbər Agentliyi
NATO işğalçı qüvvələri qərərgahının baş katibi Yens Stoltenberq bildirib: “NATO-nun məntəqədə Türkiyə kimi bir dövləti əldə saxlaması bizim üçün sevindirici bir haldır. Biz bu işdən xeyli razıyıq və hər an türkiyəni müdafiə etməyə hazırıq”.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, NATO işğalçı qüvvələri qərərgahının baş katibi Yens Stoltenberq ötən gün, 9 Oktyabr, 2014 tarixdə Ankaraya daxil olaraq Türkiyə baş naziri, Türkiyə hərbi qərərgahının katibi ilə, ayrı ayrılıqda, bağlı qapılar arxasında gizli görüş keçirdib.

Adını açıqlamayan Türkiyə baş nazirliyinə yaxın mənbələrdən birinin bildirdiyinə görə, NATO qüvvələri qərərgahının baş katibi nazir Əhməd Davudoğlu ilə görüş zamanı bildirib ki, Türkiyənin Şimali Atlantika Alyansına (NATO) qəbul edilməsi bu təşkilat üçün böyük bir şans kimi qiymətləndirilir.

Yens Stoltenberq daha sonra bildirib: “NATO-nun məntəqədə Türkiyə kimi bir dövləti əldə saxlaması bizim üçün sevindirici bir haldır. Biz bu işdən xeyli razıyıq və hər an türkiyəni müdafiə etməyə hazırıq”.

Adını açıqlamayan mənbə daha sonra bildirib ki, Əhməd Davudoğlu da öz növbəsində NATO-nun Türkiyəyə olan diqqətini dəyərləndirərək, Patriot raket silahlarının Türkiyə torpaqlarında yerləşdirilməsindən məmnun qaldığını bildirib.

NATO işğalçı qüvvələri qərərgahının baş katibi Yens Stoltenberq, Türkiyənin hərbi qərəgahının baş katibi Nəcdət Uzal ilə görüşündə isə, Suriya və İraq hadisələri barədə danışıqlar apardığını bildirib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1440 / 2019
We are All Zakzaky
conference-abu-talib