Bitə Üz Göstərsən Saqqala Dırmaşar

Azərbaycanda “nişanlanan” uzdəniraq Atilla kimlərlə yaxınlıq edir? ŞOK FOTOLAR

Xəbərin sürətlə yayılmasından sonra isə bu gün günorta saatlarında Atilla bey Cavid öz əsas facebook səhifəsini bağlayıb.

  • News Code : 640031
  • Source : Faktxeber.com
Maraqlıdır, bəs Atilla Bəy Cavidin yaxın çevrəsində kimlər var? Bu məsələni araşdırmağa bu gün facebook səhifəsində paylaşılan bir şəkil səbəb oldu.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Dünən Azərbaycanda qeyri-ənənəvi nişan mərasiminin təşkil edilməsi barədə xəbər yayıldı. Belə ki, Nəfəs LGBT (lezbiyan,gey, biseksual, transeksual) Azərbaycan Alyansının prezidenti üzdəniraq Atilla Bəy Cavid eynicinsli “sevgilisi” ilə nişanlandığını bəyan edib. O, bu barədə şəxsi facebook səhifəsində məlumat verib: “Bəli biz bunu etdik. Homofob cəmiyyətimizə meydan oxuduq. Hünərli, cəsarətli olan hər kəsə qismət olsun. Sevginin cinsi yoxdur, unutmayın bunu. Bu hadisəni bəyənməyənlər də xahiş edirəm öz fikirlərini ve dedi-qodularını özlərinə saxlasınlar. Xoşbəxt günümüzə sevinən və dəstək olan hər kəsə isə təşəkkürlər!”

Qeyd edək ki, Azərbaycanda eynicinsli şəxslərin nikahı qanunla qadağandır.

Maraqlıdır, bəs Atilla Bəy Cavidin yaxın çevrəsində kimlər var? Bu məsələni araşdırmağa bu gün facebook səhifəsində paylaşılan bir şəkil səbəb oldu. Belə ki, Atilla Bey Cavid Müsavat Partiyasının başqanlığa namizədi Qubad İbadoğlunun şəklini 21 sentyabr tarixində "çox layiqli namizəd" statusu altında paylaşıb. Mümkündür ki, bu şəkilin paylaşılması Qubad İbadoğlu üçün "qara piar" xarakteri daşıyır. Çünki şəkilin paylaşılmasından cəmi 2 gün sonra Atilla həmcinsi ilə nişanlandığını bəyanlayıb.

Amma bu da hamısı deyil. Belə ki, aparılan araşdırmalar nəticəsində bəlli olub ki, Atilla Cavid hazırda həbsdə olan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədlinin təşkilatında əsas aparıcı şəxslərdən biri olub. Onun facebook profilində Müsvat Partiyasının Sumqayıt şəhər təşkilatının üzvü olmasına dair şəkillər var. Şəkillərin sırasında ölkədə kifayət qədər tanınan simalarla çox səmimi ünsiyyəti sübut edən görüntülər var.

Bir məsələni də qeyd etmək yerinə düşərdi ki, bu gün günorta saatlarından sonra Atilla bey Cavid öz əsas facebook səhifəsini bağlayıb. Onun digər profilində isə sonun paylaşma ötən ilin iyul ayında olub.



Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!