Azərbaycan Respublikasının Təhsill Nazirliyi Hara Baxır?

Yezidin şeirləri dərslikilərimizdə!

  • News Code : 471592
  • Source : Azadlıq
Brief

BDU-da şok məqam üzə çıxdı

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyi- “Məmur niyə qudurur?” (“Azadlıq” qəzeti 02 oktyabr, 2013) başlıqlı köşə yazısında əməkdaşımız Natiq Güləhmədoğlu Bakı Dövlət Universitetində Müaviyyənin oğlu Yezidin şeirlərin tədris materialı olduğunu qeyd etmişdi.

Bu məlumatı maraqlı bilib kiçik bir araşdırmaq apardıq və bəlli oldu ki, məlumat kifayət qədər əsaslıdır.

Bu məlumatın sübutu qismində V. İvanov və Y. Gladkovanın müəllifləri olduğu “Fars dili dərsliyi. 2-ci hissə” kitabının skan olunmuş səhifələri öz əksini tapır. Kitabın 20-ci səhifəsində Yezidin “Ey saqi! Ağzınacan doldur badəmi!” adlı şeiri verilib.

Növbəti səhifədə isə şeirin şərhində yazılıb: “Birinci misra ərəbcədir. Bu ərəb şairi Yezid ibn Müaviyənin şeirindən iqtibasdır. Ərəb qəzəlinin ikinci hissəsi qəzəlin sonunda yerləşir.” Nəzərə alsaq ki, ərəb ədəbiyyatında Yezid ibn Müaviyə adında ikinci şair olmayıb, söhbətin məhz İmam Hüseyninin qatilində getdiyi aydın olur.

Kərbəla faciəsinin baiskarı Yezid ibn Müaviyə diktator olmaqla yanaşı həm də şair idi. Onun şeirlərinin əksəriyyəti şərabxorluğu, arvadbazlığı, qumar aludəçiliyini və digər heyvani xislətləri təbliğ edir. Hz. Məhəmmədin peyğəmbərliyini inkar edən “Leibət Həşimun bilmülki, Fə la xəbərun cae və la vəhyun nazil” (“Bəni Həşim qəbiləsi səltənət ilə oynayıb, Belə isə nə bir xəbər gəlib, nə bir vəhy nazil olub”) şeiri də məhz Yezidin qələminə məxsusdur.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib