Səlib Yürüşlərinin Davamında

ŞOK: İşğalçı Amerika dövləti, Əfqanıstan Müsəlmanlarını xristianlaşdırır

  • News Code : 441941
  • Source : ABNA- Xəbər Agentliyi
Brief

Bədəxşan əyalətinin Millət Vəkili “Əbdül Lətif Pədram” da öz növbəsində, Əfqanıstanın qaranlıq gələcəyindən narahat olduğunu dilə gətirərək bildirib: “Amerikanın Əfqanıstanda qalması, Əfqan vətəndaşlarının xristianlaşması deməkdir. Amerikanın uzun müddətli planı “Mədəniyyətin İşğalıdır”. Bu işğalın bir hissəsi də, məhz İslam Dininin xristianlıqla əvəz edilməsidir.”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Əfqanıstan mənbələri, ölkənin 11 il bundan öncə ABŞ işğalçıları tərəfindən işğal edildiyi gündən bəri bu ölkədə, xristian təbliğat makinasının işə düşərək Əfqan vətəndaşlarının məsihiləşdirilməsi planına start verildiyini bildirir.

Əfqanıstan Milli Məclisinin bir qrup üzvləri, həyacan təbili çalaraq, ölkədə və xaricdə yaşayan əfqan vətəndaşlarının sürətlə xristianlaşdıqlarını bildiriblər. Əfqanıstan Milli Məclisinin üzvləri, bu fəlakətin qarşısının alınmasını diqqətə çəkərək deyiblər: “Əfqanıstan, yabançı mədəniyyətin işğalına məruz qalıb. Əgər bunun önü vaxtında alınmazsa, xristianlığı qəbul edən Əfqan vətəndaşlarının sayı, günü-gündən artacaqdır.”

Əfqanıstan Milli Məclisinin nümayəndəsi “Nəzir Əhməd Hənəfi”, Mill Məclisin ötən günkü sesiyasında danışaraq bildirib: “Əfqan vətəndaşlarının Hindistanda xristianlığı qəbul etmələri davam etməkdədir. Hindistana təhsil və sair iş ardıyca gedən bəzi Əfqan vətəndaşları, orada xristianlığı qəbul edirlər. Bu işin şəri hökmü məlumdur. Qurani Kərimin buyurduğuna əsasən onlar edam olunmalıdırlar.”

Digər Əfqan Millət Vəkili Əbdül Səttar Xəvas isə, artıq Hindistanda “Əfqan Kilsəsi”-nin tikidiyini və Hindistana yeni gələn hər bir əfqanlının bu kilsəyə dəvət olunduğunu önə çəkərək deyib: “Biz, bütün bunların əsas səbəbkarını məhz, Amerikanın Əfqanıstana girərək burada qalmasında görürük.”

Bədəxşan əyalətinin Millət Vəkili “Əbdül Lətif Pədram” da öz növbəsində, Əfqanıstanın qaranlıq gələcəyindən narahat olduğunu dilə gətirərək bildirib: “Amerikanın Əfqanıstanda qalması, Əfqan vətəndaşlarının xristianlaşması deməkdir. Amerikanın uzun müddətli planı “Mədəniyyətin İşğalıdır”. Bu işğalın bir hissəsi də, məhz İslam Dininin xristianlıqla əvəz edilməsidir.”

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib