sülalənin anti-İslam siyasətləri davam edir

əliyevlər rejimi elektron daşıyıcılardakı dini təyinatlı ədəbiyyatlara da məhdudiyyət qoydu

  • News Code : 439194
  • Source : ABNA- Xəbər Agentliyi Azərbaycan KİV-nə istinadla
Brief

Qondarma dövlət komitəsinə dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının istehsal, idxal, ixrac edilməsinə, habelə sərbəst yayılmasına razılığın verilməsi üçün müraciət və sənədləri qəbul etmək səlahiyyəti də verilib. Bu da öz növbəsində Dini Azadlığın kobud sürətdə əliyevlər sülaləsi tərəfindən pozulması, fikir və əqidə azadlığına qarşı çıxmasıdır. Artıq İlahi Qanunlar Allah deyən kimi deyl məhz əliyevlər rejiminin təyin etdiyi kimi açıqlanmalıdır...

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən anti-İslam əliyevlər rejiminin nazirlər kabineti “Elektron xidmət növlərinin Siyahısı”nda dəyişiklik edib.Bu dəyişiklik qondarma dini qurumlarla iş üzrə dövlət komitəsinin həyata keçirdiyi elektron xidmət növlərini əhatə edir.

İndiyə qədər dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının satışı ilə bağlı ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılması ilə əlaqədar razılığın verilməsi üçün qondarma dövlət komitəsinə müraciət etmək zəruri olub.

Dəyişikliyə əsasən, artıq kağız daşıyıcıdakı ədəbiyyatlarla bərabər, elektron daşıyıcılardakı dini təyinatlı ədəbiyyatın, audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının satışı ilə bağlı ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılması ilə əlaqədar razılığın verilməsi üçün qondarma dövlət komitəsinə müraciət edilməlidir.

Qondarma dövlət komitəsinə dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının istehsal, idxal, ixrac edilməsinə, habelə sərbəst yayılmasına razılığın verilməsi üçün müraciət və sənədləri qəbul etmək səlahiyyəti də verilib. Bu da öz növbəsində Dini Azadlığın kobud sürətdə əliyevlər sülaləsi tərəfindən pozulması, fikir və əqidə azadlığına qarşı çıxmasıdır. Artıq İlahi Qanunlar Allah deyən kimi deyl məhz əliyevlər rejiminin təyin etdiyi kimi açıqlanmalıdır...

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib