Yəhudilərin Pulsuz Nökərləri

ŞOK! Növbəti sələfi alimcığazından Şiə və Ələvi qadınlara qarşı utanc verici fitva!

  • News Code : 401285
  • Source : ABNA- Xəbər Agentliyi
Alimcığaz Yasin əl Aculuni, təkidlə bunları qeyd edib: “Bu təriqət (Şiə), İslam təriqətlərindən deyil və bütün Müsəlman tədqiqatçıların görüş və təsdiqinə görə, Şiələr Müsəlman zümrəsinə aid edilmir. Şeyx Hələbinin dediyinə görə, onları təkfir etmək lazımdır, çünki onlar Müsəlman deyil!”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən ümümdünya imerialistlərinin alət dəstəyi ilə tanınan vəhhabi-sələfilər növbəti tapşırıqların həyata keçirdiblər. Belə ki, vəhhabi müfticığazı şeyx Yasin əl-Aculuni utanc verici, bir çoxlarının etirazına səbəb olan fətvasında Suriyalı Şiə və Ələvi qadınlarının əsir alınabilinəcəyinə dair həddini aşan bir “hökm” çıxarıb.

Sələfi müfticığazı, Facebook səhifəsində verdiyi açıqlamada, terroristlərə Bəşşar Əsəd tərəfdarı olan qadınlarla Ələvi qadınları mülküyətlərinə almaq təklifini verib!

Sələfi alimcığazı şeyx Yasin əl-Aculuni, daha sonra Suriyada baş verən hadisələri Əsəd əleyhdarı olan Müsəlman muxaliflər ilə kafir Şiələr arasında olduğunu iddia edib.

Alimcığaz Yasin əl-Aculuni, təkidlə bunları qeyd edib: “Bu təriqət (Şiə), İslam təriqətlərindən deyil və bütün Müsəlman tədqiqatçıların görüş və təsdiqinə görə, Şiələr Müsəlman zümrəsinə aid edilmir. Şeyx Hələbinin dediyinə görə, onları təkfir etmək lazımdır, çünki onlar Müsəlman deyil!”

Xatırladaq ki, İngilislər tərəfindən ibda edilən azğın vahabi təriqəti, yaranangündən bəri, dünya səviyyəli kafir dövlətlər ilə əl ələ verərək Əhli Beyt (əleyhimus səlam) məktəbinin davamçıları olan Şiəliyi zəiflətmək üçün müxtəlif cinayətlərə əl atıb. Səudiyyə Ərəbistanı, Qətər ... və s. kimi sionist muzdurları olan ölkələrin maddi və mənəvi dəstəyi ilə hazırlanan cinayətlərdən bəziləri bunlardır: Şiələri kafir və müşrik kimi qələmə vermək. Onlar yəhudilikdən gəlir! böhtanları ilə dünya müsəlman ictimaiyyətində Şiə məzhəbini ləkələmək və insanların Əhli Beyt (əleyhimus səlam) məktəbinə müşərrəf olmasının qarşısını almaq. Şiə mərkəzlərində, Məscidlərində, vəqf, dərnək və hüseyniyyələrində terror aktları həyata keçirərək, onlar üçün təhlükəli bir mühit yaratmaq və bununla da qorx- hürkünü yayaraq Şiələri təcrid etmək. Şiələrə qarşı silahlı (Taliban, əl-Qaidə və əl-Nüsrə qruplaşmaları kimi), mədəni və təbliğatçı qruplar (ateist, nurçuluq, sələfilik və s...) meydana gətirib Şiə məzhəbini hər istiqamətdən mühasirəyə alaraq, inkişaf və tanınmasının qarşısını almaqdır ...

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib