Myanmalı büdpərəstlər etriaz etdi

Buddistlər: “Müsəlmanları qırın, öldürün, ölkədən çıxardın”

  • News Code : 398725
  • Source : ABNA- Xəbər Agentliyi
Vandal büdpərəstlər, etiraz zamanı müxtəlif irqçi şüarlar səsləndirərək, dövlət rəsmilərindən Müsəlmanlara köməklik edən vətəndaşların önün kəsib və Ruhinqalıları tamami ilə ölkədən qovaraq rədd etmələrin istəyiblər.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Myanma Kütləvi İnformasiya Vasitələri ölkədəki bütpərəstlərin, Ruhinqa Müsəlmanlarına köməklik edən müxtəlif təşkilatlara və onlar üçün mənzil tikən şirkətlərə qarşı böyük etiraz aksiyası təşkil etdiklərini bildiriblər.

Vandal büdpərəstlər, etiraz zamanı müxtəlif irqçi şüarlar səsləndirərək, dövlət rəsmilərindən Müsəlmanlara köməklik edən vətəndaşların önün kəsib və Ruhinqalıları tamami ilə ölkədən qovaraq rədd etmələrin istəyiblər.

Xatırladaq ki, keçən il iyun ayından etibarən Myanmada büdpərəst sektalar, Müsəlmanların yaşayış mənzillərinə yürüş edərək, yüzlərlə günahsız Müsəlmanları qətliam etmiş, evlərini, Məscidlərini və müxtəlif müqəddəs məkanlarını viran etmişlər.

Amansız hücumlar səbəbindən, Ruhinqa Müsəlmanlarından azı 115 min nəfər qaçqın həyatı sürməsinə məruz qalıb.

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Məhəmməd Xəzai tərəfindən BMT Baş katibi Ban Ki Muna Ruhinqalı Müsəlmanlarının soyqırımı ilə bağlı mətub göndərilib. Məktubda Myanmada yaşayan müsəlmanlara qarşı törədilən cinayətlərin qarşısının alınması üçün təcili addımlar atılması tələb olunub.

Myanmada cox sayda dinc vətəndaşın qətlə yetirildiyinə, Məscid və evlərin yandırıldığına diqqəti yönəldən məktubda, müsəlmanların yüz illərlə yaşadıqları torpaqlardan çıxarılmasının qəbul edilməyəcəyi vurğulanıb.

Məktubda beynəlxalq aləmin Myanmadakı kütləvi qırğınlar qarşısında heç bir reaksiya göstərməməsi buradakı müsəlmanların hüquqlarının pozulmasına və vəziyyətin daha da pisləşməsinə səbəb olduğu qeyd edilib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib