Mürtədd yazıçının Aqibəti...

O, “Allahu Əklbər”dən qorxub qaçıb!..

  • News Code : 356757
  • Source : Haqq Yolu
Əliyev qruplaşması dinə hücumdan dolayı ağrı çəkməkdədir. Göz yumub xalqı soymaqla kifayətlənsəydilər ömürləri daha uzun olardı. Ağalar Məmmədov da dini dözümsüzlüyünün ağrısını çəkir. İnanmadığının ardınca gəzməkdənsə, müəllimliyini etsəydi indi qürbətdə içini yeməzdi

Dinsiz şahlıqda məscid uçurmaq, azan boğmaq şahlığın, peyğəmbəri təhqir etmək, dini aşağılamaq saray nökərlərinin özlərinə vurduğu ən böyük zərbədir. İslamla dava, İslama söyüş nə Əliyev komandasına, nə ölü rafiq tağı və nə də yarımcan Ağalar Məmmədova bir şey verəsi deyil. İslamla vuruşun bir adı var: şeytana nökərlik! Bir sonu var: şeytanlaşma!

 Əliyev qruplaşması dinə hücumdan dolayı ağrı çəkməkdədir. Göz yumub xalqı soymaqla kifayətlənsəydilər ömürləri daha uzun olardı.

Ağalar Məmmədov da dini dözümsüzlüyünün ağrısını çəkir. İnanmadığının ardınca gəzməkdənsə, müəllimliyini etsəydi indi qürbətdə içini yeməzdi.

 Ağalar M. nə üçün qaçıb Azərbaycandan? Bəyimizi istəyənlər çox çalışdılar ki, onu qəhrəmana çevirsinlər. Özü nə düşünür Bəy? Yazır:

 “Çoxlu hədələr gəlirdi. Ancaq “hürən it dişləməz” deyirdim. İnsafən dişləmirdi də. Lakin həmin günlərdə “Alma”da yazdığım yazılarıma görə aldığım e-maillərdən biri ciddi görünmüşdü mənə. Çünki “allahu əkbər”lə başlayıb, “allahu əkbər”lə də qurtaran bu qısa məktubda çalışdığım Elmlər Akademiyasından saat neçədə çıxdığımı, hansı dayanacaqda dayandığımı, hansı avtobusa mindiyimi dəqiq yazmışdılar. İndi utanmıram bunu yazmaqdan, həmin vaxt saqqalımı qırxmışdım ki, şəhərdə tanınmayım…”

Demək, Allahu Əkbərin gücünü görüb Bəy. Qorxub Bəy. Saqqalını qırxıb Bəy!

Yazır:

 “Biri dedi Ağalar Məmmədov hakimiyyətə işləyir, bu Bəyanat da hakimiyyətin yeni projesidir, islamçılarla müxalifətçilərin arasını vurmaq istəyirlər, biri dedi MTN-ə bağlı qrupdur, o biri dedi məşhur olmaq istəyir; mənim Azərbaycandan getdiyimi eşitdikdən sonra isə yeni səbəblər “tapdılar”: birisi dedi acınacaqlı durumda yaşayırdı, o biri dedi hələ şalvarı da bir dənə idi, getdi özünə ikincisini almağa, o birisi də dedi lotu idi, qəsdən edirdi ki, Avropaya qaçsın və s. Hələ yaxşı ki, Avropaya getmək üçün Rafiq Tağını mənim öldürtdüyümü demədilər…”

Bütün bunları özü deyir, din əhli yox. Hakimiyyətə işləyən Bəyanat onun yox, kimin projesi olmalıdır? Az deyiblər. Deməliydilər ki, Bəyanat İsrailin projesidir.

Məşhur olmaq! Axı İslama hücum etməsəydi kim tanıyacaqdı Bəyi?! Dinin yoxdur, vicdanın olsun, Bəy. İslam sözünü axtarışa verəndə Ağalar gəlir. Bunu da inkar edirsən?! Sözü uzatmayaq. Rafiq Tağının qatili tapılmayıb və ölkədən qaçanlar arasında sənin də adın var. Tarixdə az olmayıb ki, silahdaşlar paxıllıq ucbatından bir-birinə hökm oxuyub. Dindarlar belə yerdə “həqiqəti Allah bilir” deyirlər. Əlbəttə ki, sənin də bildiklərin var ki, biz bilmirik. Məsələn, neçə şalvarın var və şalvarının cibinə pul qoyan kimdir?

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib