əliyevlər Rejiminin Ateist Məmurları

Elmar Vəliyev Gəncədə iftar süfrəsin və Qədr gecələrin qadağan etdi

  • News Code : 333520
  • Source : Fakt Xeber
Gəncə “qubernatoru”nun yeni hökmünə görə, məscidlər iftardan öncə bağladılmalı, gecə məscidlərə gəlişlər qadağan edilməlidir

Əhli Beyt -ABNA- xəbər agentliyi- Gəncə camaatı dini mərasimlərlə bağlı həssas münasibəti ilə sovet dövründə belə digər regionlardan seçilib. Məsələn, ramazan və məhərrəm ayları hətta sovet dövründə də Gəncədə xüsusi qeyd olunub.

70 illik sovet zülmü altında belə meydanlarda Aşuranı, məscidlərdə Əhya gecələrini qeyd edib, iftar süfrələri açan gəncəlilər keçən ildən etibarən icra strukturlarının təzyiqinə məruz qalıblar.

Maraqlıdır ki, bütün dünyada qeyd olunan və digər din mənsublarının da ehtiram göstərdiyi müqəddəs Ramazan ayı da Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən “arzuolunmaz ay” kimi qəbul edilib.     

Redaksiyamıza müraciət edən Gəncə dindarlarının sözlərinə görə, təzyiqləri normativ iş halına gətirən Gəncə şəhər İcra Hakimiyyəti Ramazan ayında qadağaları gücləndirib. İcra Hakimiyyətində keçirilən müşavirəyə dəvət olunan din xadimlərinə qəti göstəriş verilib ki, Ramazan ayı boyunca məscidlərdə iftar süfrələrinin verilməsi ləğv edilməli, Qədr (Əhya) gecələrinin keçirilməsi yasaqlanmalıdır.

Hazırda xaricdə istirahətdə olan Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin təlimatı ilə bu addımın atıldığını axundlara bildirən rayon rəhbərliyi bu sərt qadağalara tabe olmayacaq məscidlər barədə ciddi tədbir görülüləcəyi ilə təhdid edib.

Gəncədən verilən məlumatda deyilir ki, Gəncənin Qazaxlar, Qırıxlar məscidlərində Sovet dövründə belə əhya gecələri qeyd olunub, həmin gecələrdə insanlar məscidlərə gedərək, ibadət ediblər. Ancaq Gəncə “qubernatoru”nun yeni hökmünə görə, məscidlər iftardan öncə bağladılmalı, gecə məscidlərə gəlişlər qadağan edilməlidir.

Xatırladaq ki, bu Elmar Vəliyevin dindarlara qarşı ilk sərt münasibəti deyil. Elmar Vəliyevin Allaha qarşı mənfi münasibəti Yevlaxda fəaliyyət göstərdiyi dövrdən bəri bəllidir. Onun Yevlaxda Hacı Namiq və gənc dindarlara qarş təzyiqləri bölgə əhalisi tərəfindən unudulmayıb. Gəncəyə rəhbər təyin edildiyi gündən etibarən də Gəncə dindarlarına təzyiq edən Vəliyevin hətta şəhərin rəsmi ruhaniləri ilə problemi də yaşanmışdı. Qafqaz Müsəlmanları İdarəsinin Qərb zonası üzrə səlahiyyətli nümayəndəsi də Elmar Vəliyevin təzyiqinə məruz qalmışdı.

Vurğulamaq lazımdır ki, Gəncədə Qazaxlar, Şah Abbas, Qırıxlar məscidlərinin rəsmi ruhanilərinin inzibati orqanlara çağırılıb, təzyiqlərə məruz qalmaları əhali arasında çaşqınlıq yaratmaqdadır.

Gəncə kimi dini mərasimlər mövzusunda həssas olan şəhərdə bu dini qadağalar ciddi mənfi reaksiya doğura bilər. Dövlətin din siyasətinin icraçısı olan müvafiq qurumlar Ramazan ayı ilə bağlı respublika səviyyəsində tədbirlər planı həyata keçirərkən, Gəncədə bu yaşananlar Azərbaycanın əleyhinə işləyən qüvvələrin “dəyirmanına su tökməkdədir”. Dindarlar artıq icra başçısının nə zaman “Allahsız” vəsiqəsini paylayacağını gözləyirlər. Bu isə dindar vətəndaşlarla dövlət arasında münsibətlərdə problem yaradır.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib