Şeytana Xidmət Edənlər

Abutalıbov vəhabilərə süfrə açdı, sonra da...

  • News Code : 316935
  • Source : Haqq Yolu
Vəhabilər Eurovision qurtarana qədər Bakıdan çıxır!

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən PAT-a daxil olan məlumata görə ötən həftənin beşinci günü yüzə qədər vəhabi Hövsan bağına toplanıb. Bununla bağlı mənbə bildirir ki, bahalı onlarla maşında Hövsan bağına gələnlər Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun bağına toplaşıblar. Qeyd olunur ki, bu şəxslər Hacıbala Abutalıbovun yaxın dostları və birgə namaz qıldığı şəxslərdir. Buda bildirilir ki, gələn qonaqların sırasında Əbu-Bəkr məscidinin tanınmış simalarından biri də olub. Hövsan sakinlərinin deməsinə görə son bir neçə ay ərzində bir neçə dəfə belə məclislər təşkil edilib, dini söhbətlər aparılıb.

Və bunun ardınca Əbu-Bəkr məscidinin şeyxi, Qamət Süleymanov maraqlı qərar çıxarıb. Qərara əsasən məscid camaatı “Avrovizion” Mahnı Müsabiqəsi başa çatana qədər kənar şəxslərlə ünsiyyəti minimuma endirməli, şəhərdə az görünməli və imkan olarsa bu ərəfə də rayonda olmalıdırlar. Bundan başqa müsabiqə başa çatana qədər bir yerə toplaşmaqda yasaqlanıb. Bildirilir ki, şeyx Qamət narahatdır ki, vəhabi təriqətindən olsalar da onlarla ünsiyyəti olmayan radikal qruplar onların adından istifadə edərək hansısa aksiya törətsinlər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib