Kürd Milliyyətçiliyin Aqibəti

PKK gey və lesibiyanlardan ibarət bataliyon yaratdı

  • News Code : 306942
  • Source : Fakt Xeber Türkiyə mediasına istinadən
Təşkilat daxilində həmcinsbaz əlaqənin görməzliyə vurulduğu bildirilir

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən PKK terror təşkilatı içində cinsi azğınlığın yüksək həddə çatdığı bildirilir. İddialara görə, təşkilat daxilində gey və lesbiyan batalyonları yaradılıb. Onların sayının son 3 ildə 15 faiz artdığı vurğulanır.

"Etnik assimilyasiyaya məruz qalırıq", - deyərək daha əvvəl Avropa ölkələrinə mühacirət edən təşkilat nümayəndələrinin, artıq bu səbəbin qəbul edilmədiyi üçün "cinsi seçimlərimizə görə cəmiyyətdə qəbul edilmirik", - deyərək Avropaya getdikləri bildirilir.

AVROPAYA QAÇIRLAR

Kəşfiyyat məlumatlarına görə, son bir ildə 100-ə qədər yüksək çinli PKK mənsubu "homoseksual" olduğunu söyləyərək, Almaniya, Fransa və Hollandiyaya mühacirət ediblər. Son 3 ildə təşkilata qoşulanların daxilindəki həmcinsbazlığın həcminin 15 faiz həcmində olduğu açıqlanıb.

Əldə edilən məlumata görə, terror təşkilatı həmcinsbazları, "sizin haqqınızı müdafiə edirik", "sizə sahib çıxacağıq", "gəlin bizə qoşulun, bu eyni zamanda sizin azadlıq mübarizəniz olacaq", - deyərək dağa çıxarırlar. Bu səbəbdən PKK-nın son illərdə batalyon yarada biləcək qədər həmcinsbaza sahib olduğu bildirilir. PKK-nın eyni zamanda həmcinsbazlığa təşviq etdiyi də vurğulanır.

KEÇMİŞ DÖYÜLŞÜ DANIŞIR

PKK-dan ayrılan F.D. adlı keçmiş döyüşçü bunları söyləyir: "Təşkilatda hər cür cinsi əlaqə artıq sərbəstdir. Əvvəllər müxtəlif cəzalar verilirdi, amma artıq vəziyyət dəyişib. PKK həmcinsbazlara geniş meydan verib. Vaxtaşırı verdikləri açıqlamalarda həmcinsbazlara dəstək çıxırlar. Bu da təşkilata həmcinsbazların gəlməsini təmin edir. Hətta təşkilat daxilində gey və lesbiyanların yaranmasına imkan verilir və bu insanlar bilərəkdən bir yerdə saxlanılır. Amma əsl məsələ budur ki, təşkilat artıq Avropaya nümayəndələrini göndərərkən "həmcinsbaz olduqlarını və cəmiyyətdə qəbul edilmədiklərini" söyləmələrini istəyirlər. Hətta bunun üçün həmin şəxslər cinsi əlaqəyə belə məcbur edilir. Çünki aparılacaq araşdırmalarda bunun ortaya çıxması lazımdır. Avropaya rahat şəkildə adam göndərməyin yeni adını "həmcinsbaz" kimi seçiblər. Kişilər gey, qadınlar isə lesbiyan kimi göndərilir."

QADINLARLA ƏLAQƏ RƏHBƏRLİK ÜÇÜN AZADDIR

PKK döyüşçüləri dağda saxlamaq üçün hər cür yolu məqbul görürlər. Bunlar arasında həmcinsbaz və uşaq döyüşçülərə təcavüzü də əlavə edən təşkilat, eyni zamanda yaradılış mərhələsində qoyduğu qaydaları da tapdalayır. Çünki PKK-da cinsi əlaqəyə girmək cinayət sayılırdı və cəzası ağır idi. Romantik əlaqədə olmaq isə cinsi əlaqədən daha təhlükəli bilinirdi. Son illərdə cinsi əlaqəyə girməyin cəzasının azalması, təşkilat rəhbərliyinin də istədikləri şəxslərlə cinsi münasibətdə olmalarından qaynaqlanır.

HƏMCİNSBAZ BATALYONLARI

Təşkilatın həmcinsbaz əlaqəni dəstəklədiyi də ortaya çıxıb. Təşkilata qoşulan və Şervanlar adı verilən gənc döşüyçülərin şüurlu şəkildə həmcinsbazların arasına salındığı bildirilir. Təşkilatın həmcinsbazların olduğu iki əhəmiyyətli batalyonu var. Yalnız qadınlardan ibarət olan və adına "Cəhənnəm bölüyü" deyilən düşərgələrdə əsasən lesbiyanlar var. Çiyareş batalyonunun tərkibində olan "Cəhənnəm bölüyü", adını Cəhənnəm dağından götürüb. Buradakı mağaralarda qadınlar yaşayır. Yaxşı döyüşçü olan qadınlar bölüyünün ən əsas xüsusiyyəti kimi lesbiyan əlaqələri göstərilir. Geylərin yerləşdiyi düşərgələr isə batalyon səviyyəsindədir. Xüsusilə Şikefta Birindar batalyonu geylərin yerləşdiyi düşərgələr kimi ön plana çıxır. Eyni zamanda Zap əyalətinə olan Ertuş batalyonunda da geylər var. Hər iki batalyonda minə yaxın döyüşçü var. Buradakı terrorçiların hamısı geylərdən ibarət deyil. Ancaq saylarının az olmadığı bildirilir. Təşkilatda bu cür əlaqələrə isə kiçik cəzalar istisna olmaqla, hər hansı bir sanksiya tətbiq edilmir.

 

Cavad Turan

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib