Şeytanın Zəhərli Oxları

Porno izləyənlərin nəzərinə…

  • News Code : 306899
  • Source : Haqq Yolu Publika Az-a istinadən
Araşdırma internet pornosunun kişilərin real qadınlarla aralarındakı münasibəti zəiflətdiyini ortaya qoyub

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən ABŞ-ın "Psychology Today" jurnalının apardığı araşdırma maraqlı faktlar üzə çıxarıb.

Jurnalın apardığı araşdırma nəticəsində internetdə porno film izləyən kişilərin yataq performanslarının aşağı düşdüyü məlum olub. Araşdırma internet pornosunun kişilərin real qadınlarla aralarındakı münasibəti zəiflətdiyini ortaya qoyub.

Jurnal bildirib ki, bunun sayəsində zavallı bir gənc nəsil yetişməkdədir. İnternet pornosu səbəbindən kişilər duyğusuzlaşır və artıq normal tərəfdaşlarından zövq ala bilmirlər.

Kişilərin cinsi istəkləri erkən yaşdan azalmağa başlayır.

Jurnalın yazdığı məqalədə bildirilib ki, porno səbəbindən cinsi pozğunluqlar böyüyərək, artmağa başlayıb. İnternetdə porno izləyən kişinin beyni davamlı xəbərdarlıq alma səbəbindən vücudundakı seks istəyini sinirlərə ötürə bilmir.

Ekspertlər xəbərdarlıq edirlər ki, bu cür vəziyyət evliliklərə çox pis təsir göstərir.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib