Eramızın Anektotu, Müaviyə siyasəti təsdiqləndi

əliyevlər “Cümə Namazı”n şənbə günü qılınmağın istədi

  • News Code : 299579
  • Source : ABNA- Xəbər Agentliyi
əliyevlərin Dini Qurumlarla iş üzrə dövlət komitəsinin Cümə Namazını şənbə gününə keçirilməsi lap Müaviyyənin Cümə Namazını Çarşənbə günü qılması oldu.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən əliyevlər bir daha Müaviyə Siyasəti”ni təsdiqləyərək aşkarcasına Qurani Kərimin xilafına höküm verdi. Belə ki, rejimin Dini Qurumlarla iş üzrə dövlət komitəsinin (DQİDK) bu yaxınlarda verdiyi üzdəniraq təklif dindarlarla hakimiyyət arasında mövcud olan narazılığı daha da dərinləşdirərək böyük bir rezonansa səbəb olub. TİA.AZ xəbər verir ki, komitənin təklifinə əsasən cümə günləri məscidlərdə qılınan namazlar şənbə gününə keçirilməlidir. Bədnam təkliflə özlərini gülünc vəziyyətə salan əliyevlər bunun səbəbi, həftənin cümə günləri iş günü olduğundan cümə namazları işin ahənginə mane olur kimi açıqlamışlar.

Allahın Dinində Bidət Qoymaqları azimişkən təklifin reallaşması üçün qondarma “DQİDK” əməli addımlar atmağa da başlayıb. Xəbərə görə, bir həftə öncə «Məşhədi Dadaş» məscidinə xüsusi «nota» göndərilib. Həmin «nota» isə məsciddən kənarda namaz qılınmaması ilə bağlı xəbərdarlıqdan ibarət olub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş şöbəsinin müdiri Gündüz İsmayılov isə APA-ya açıqlamasında həqiqətən də sözügedən ibadət ocağında ibadətin yalnız məscidin içində qılınması ilə bağlı tövsiyə verildiyini deyib. Onun sözlərinə görə, bu tövsiyə yalnız “Məşədi Dadaş Məscidi”nə aiddir: “Bunun səbəbi son vaxtlar müəyyən təxribat hallarının baş verəcəyi ilə bağlı daxil olan məlumatlardır.

G.İsmayılov onu da bildirib ki, həmin məsciddə müəyyən vaxtlarda İslama yaraşmayan fikirlərə yol verilib.

Qeyd edək ki, belə bir təklif heç bir reallığı əks etdirmir. Ən azından ibadət gününün adı üzərindədir: Cümə Namazı. Bunun şənbə gününə keçirilməsi təklifinin irəli sürülməsi ya savadsızlıqdan xəbər verir, ya da məqsədli şəkildə gərginliyin yaradılması üçün atılmış addımdır. Çünki son günlər dindarların həbsi, məcidlərin sökülməsi və hicaba qoyulan qadağa inanclı insanların qəzəblənməsinə səbəb olmaqdadır.

Hələ bir müddət əvvəl bir qrup dindarın hicab qadağasına etiraz etməsi də onu təsdiq edir ki, vəziyyətin bu şəkildə davam etməsi mümkün deyil. Və onlar baş verənlərdən kifayət qədər narazıdırlar. Bunun ardından dindanların həbs edilməsi isə durumu daha da gərginləşdirib. Bir də bunun üzərindən Cümə Namazı günlərinin şənbə günlərinə keçirilməsinin məcburiyyət şəkil alması isə o deməkdir ki, rejim inanclı insanlarla açıq konfliktə getməyə hazırlaşır. Çünki hadisələrin bu şəkildə davamı başqa çıxış yolu qoymur.

P.S. Xatırladaq ki, belə bir oxşar hadisə İslam tarixində yalnız bircə dəfə, Müaviyə ibn əbu-Sufyanın (Allahın lənəti olsun onlara) zamanında baş vermişdir. İslamla düşmənçilik edən Müaviyə Dində xeyli bidətlər qoymuşdur. Bu bidətlərdən biri də Cümə Namazının Çarşənbə Axşamı günü qılması olub.

Cümə Namazının Çarşənbə Axşamı günü qılınma tarixi:

Əhli Sünnənin böyük tarix alimi Məsudi, “Mürəvvicuz Zəhəb” adlı tarix kitabında yazır: Küfəli bir kişi Erkək Dəvəsinə süvar olaraq Şama gəldi. Şam əhlindən biri dəvəni görcək gözü dəvəyə düşdü və onu əldə etmək üçün Qazinin yanına gedərək Kufəli kişidən şikayət etdi ki, Kufə əhlindən olan bu kişi Siffeyn Müharibəsində (Müaviyyənin İmam Əliyə (əleyhis salam) qarşı üsyan edib onunla müharibə etməsi) mənim bu Dişi Dəvəmi əlimdən alaraq oğurlamışdır.

Qazi ondan şahid gətirməsin istədi, o da şamlılardan əlli nəfəri gətirərək əllisidə şəhadət verdi ki, həqiqətən də bu Dişi Dəvə Şamlı kişinindir! Belə olan təqdirdə Küfəli kişi Müaviyyənin yanına gedərək ona şikayət edərək dedi: “Mənim dəvəm ümumiyyətlə Dişi deyil, Erkəkdir!”

Müaviyə (əleyhi lənə) hadisəni belə gördükdə Kufəlinin başına çığıraraq dedi: Sakit ol! İndi ki, hökm çıxarılıb bir şey etmək olmaz! Dəvənin pulunu sənə ödəyirəm çıx get burdan!

Yadda saxla! Kufəyə, Əli İbni Əbu Talibin yanına getdikdə ona de ki, Mən onunla Erkək Dəvə ilə Dişi Dəvənin fərqinə varmayan və yolda Cümə Namazını Çarşənbə günü qıldığım halda (gördüyüm bidətə qarşı mənə) heç bir etiraz etməyən yüz min əskərlə döyüşə gəlirəm!

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib