Əliyevlərin Gey Sevgisinin aqibəti

Gey-Parad-ın pərdəarxasında Erməni kəşfiyyatı

  • News Code : 292424
  • Source : Yeni Musavat
“ABŞ-dakı erməni diasporunun 40 faizə qədər üzvü özlərini “mavi” hesab edir”

Üzdəniraqların beynəlxalq LGBT təşkilatı tərəfindən Bakıda mayın 22-26-da “gey-parad” keçiriləcəyi barədə məlumatlar bir az səngiyəndən sonra ortaya maraqlı faktlar çıxıb. Məlum olub ki, bu tipli təxribat xarakterli məlumatlar konkret məqsədlərlə konkret qruplar tərəfindən yayılırmış; üstəlik, bu istiqamətdə təşkilati fəaliyyət də aparılırmış.

Redaksiyamızın araşdırmaları sayəsində ABŞ-dakı bir sıra qaynaqlara çıxış imkanı əldə etdik. O qaynaqlardan daxil olan məlumata görə, “Eurovision” mahnı müsabiqəsi ərəfəsində “Bakı gey-paradı” mövzusunu ilk olaraq ermənilərə aid beynəlxalq AGLA (Armenian Gays and Lesbians Association - Erməni Gey və Lesbiyan Assosiasiyası) təşkilatı müzakirəyə çıxarıb. Müxbirimiz dəqiqləşdirib ki, “Bakı gey-paradı” təxribat kampaniyasına birbaşa olaraq AGLA-nın Nyu-York təşkilatının rəhbərləri Aleks Sərkisyan və Mixail Yəqliyan rəhbərlik edib. Bu “əməliyyatda” onlara ABŞ-da yerləşən digər erməni gey təşkilatları, o cümlədən Galas LA (Los-Anceles erməniləri), GLAM (Boston), Q-Hye (San-Fransisko) dəstək verib. Bu üzdəniraq ermənilərin və onların “gey” təşkilatlarının Bakıda “gey-parad” keçirməsi təşəbbüslərinə LGBT dərhal dəstək verib və özününküləşdirib; üstəlik saytına da yerləşdirib. Bakıda keçirilməsi planlaşdırılan bu murdar aksiyanın əsas maliyyəçisi də ermənidir! AGLA-nın maliyyə direktoru Veken Guekiyandır.

Müxbirimiz İsrail qaynaqlarından da bir sıra bilgilər əldə edə bilib. O bilgilərdən məlum olur ki, erməni “mavi” təşkilatı AGLA 1998-ci ildə yaranıb və erməni diasporunun aparıcı qüvvəsidir. Mənbənin sözlərinə görə, ABŞ-da erməni diasporu təşkilatının çəkisi əsasən “mavi”lərə maliyyə dəstəyinə görədir. Belə ki, erməni diasporu üzvlərinin 40 faizə qədəri özlərini acıqca mavi sayır. Qeyd olunur ki, Eçmiədzinə açıq olaraq tabe olmayan ABŞ-dakı erməni apostol kilsəsi də rəsmən homoseksuallığı dini həyatda mümkün hal qismində tanıyıb. Hətta bəzi şayiələrə görə, kilsə rəhbəri S.Qriqoryan özü də mavidir.

Bəzi ekspertlərə görə, “Bakıda gey-parad” təxribatı aksiyası AGLA və Ermənistan Milli Təhlükəsizlik Xidməti ilə birgə həyata keçirilib. Birgə layihəyə görə, 2 min üzdəniraqdan 300 nəfəri məhz milliyyətcə erməni olan “gey kəşfiyyatçıları” olmalı idi.

Xatırladaq ki, məşhur WikiLeaks saytı Ermənistanda homoseksualların sayının sürətlə artdığını diplomatik yazışmalara istinadən yayıb. ABŞ-ın İrəvandakı səfirliyindən yazılan hesabatda göstərilir ki, Ermənistanda qeyri-rəsmi göstəricilərə görə mavilərin sayı sürətlə artır və hətta paytaxtda homoseksual gecə klubları fəaliyyətə başlayıb. Qeyri-rəsmi məlumatlara görə, erməni ordusunda və separatçı rejimin qoşunlarında intiharların əsas səbəbi məhz “mavi” zabitlərin sıravilərə qarşı zorakılığıdır. WikiLeaks-in ABŞ diplomatlarının məlumatına əsasən yazdığı kimi, Ermənistan ordusunda 1000 nəfərdən artıq “mavi” (üzdəniraq) zabit var. Məhz buna görə də Təhlükəsizlik Şurasında ordudakı vəziyyətə dair iclasda Ermənistan Müdafiə Nazirliyində islahatların keçirilməsi barədə məxfi qərar verilib.

Qeyri-rəsmi göstəricilərə görə, Ermənistanda “mavi”lərin sayı 10 mindən artıqdır. www.GayArmenia.com/ saytının təsisçisi Mişa Merujyanın verdiyi məlumata görə, artıq 1000-dək erməni saytın qeydə alınmış rəsmi istifadəçisidir.

Beləliklə, məlum olur ki, Bakıda “gey-parad”ın keçirilməsi təxribatının arxasında erməni diasporu və Ermənistan xüsusi xidmət orqanları dayanır. Bu səbəbdən də cəmiyyətin, medianın və iqtidarın bu aksiyaya xüsusi təpki verməsi doğru seçim idi.

HAMLET

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib