QARA MAYA 122 GÜN QALDI!

Rejim Eurovisiondan nə qazanır?

  • News Code : 291940
  • Source : Haqq Yolu
İnsan qədəm götürürsə demək qazanmaq məqsədi var. Dindar axirət, ateist dünya üçün bir şey əldə etmək istəyir. Bizim hakiiyyət bir budaqda iki quş görməsə əlinə tüfəng almaz. Eurovisionda məqsəd nədir?

İnsan qədəm götürürsə demək qazanmaq məqsədi var. Dindar axirət, ateist dünya üçün bir şey əldə etmək istəyir. Bizim hakiiyyət bir budaqda iki quş görməsə əlinə tüfəng almaz. Eurovisionda məqsəd nədir?

Yazırlar ki, “Eurovision 2012" müsabiqəsinin Azərbaycanda keçiriləcəyi bəlli olanda hökumətin bu tədbirdən də korrupsiya əməliyyatları üçün istifadə edəcəyi ehtimal olundu. Yəni bir iş büdcə ayrılmalıdır ki, həmin büdcədən oğurlaya biləsən. Daha sonra yarışmaya hazırlıq adı ilə həyata keçirilən tədbirlər ehtimalları doğrultmağa başladı. Bu məqsədlə hökumətin nə qədər pul ”siləcəyi" bəlli oldu. “Mir” teleradioşirkəti Azərbaycanın “Eurovision 2012" mahnı müsabiqəsinə necə hazırlaşması ilə bağlı reportajında xərclərə xüsusi diqqət ayırıb.

Reportajda qeyd olunub ki, Azərbaycanın Maliyyə Nazirliyinin hesablamalarına görə, “Eurovision”a hazırlığa dövlət büdcəsindən 1 milyard dollar xərclənəcək. Şübhəsiz ki, bu kimi tədbirlərin və müsabiqələrin keçirilməsi ölkəyə turist axını və əlavə gəlirlərin gəlməsi baxımından sərfəlidir. Lakin xərclərin məbləği onu deməyə əsas verir ki, Azərbaycan bu müsabiqədən “ziyanla” çıxacaq. Çünki heç bir halda 3-4 gün davam edən müsabiqənin ölkəmizə bir milyard gəlir gətirəcəyi mümkün deyil. Bunun üçün başqa ölkələrin nümunəsinə də diqqət yetirmək kifayətdir.

Məsələn, hesablamalara görə, Oslo “Eurovision”a təxminən 17 milyon avro, 2008-ci ildə Serbiya müsabiqənin təşkilinə 10 milyon avrodan az, 2007-ci ildə Finlandiya 14 milyon avro, 2006-cı ildə Yunanıstan 12 milyon avro, 2005-ci ildə Ukrayna 22 milyon avro xərcləyib. Almaniya isə indiki ana rekord məbləğ - 47 milyon avro xərcləyib. Düsseldorfdakı yarışma ölkə büdcəsinə 140 mln avro gəlir gətirib. Moskvaya isə bu müsabiqə 35 milyon avroya başa gəlib. Ancaq gəlirlər xərclərdən xeyli az olub. Çünki Avropa Yayım Şurası Rusiyaya bu məbləğin cəmi 10 faizini ödəyib.

Müsabqə zamanı Azərbaycana xeyli sayda turistin gələcəyi gözlənilir. Hətta rekord sayda turistin gəlib ölkədəki bahalı xidmətlərdən istifadə etməsi belə xərclənən, daha doğrusu “silinən” bir milyard manatı ödəməyəcək. Bu da bir daha onu deməyə əsas verir ki, hökumət bu yarışmadan da ölkənin mənafeyi, vətəndaşlarının rifahı deyil, şəxsi maraqları üçün istifadə etməyə hazırlaşır.

Bəs Bakı kəndinin xudası (meri) Abutalıbov müəllim nə üçün belə can yandırır?

Yanvarın 25-də “Eurovision” Mahnı Müsabiqəsinin açarının təqdimetmə mərasimi keçiriləcək. Bu tədbir beynəlxalq müsabiqənin əsas mərasimlərindən biridir. Ona görə də təntənəli şəkildə “Buta Palace”da reallaşacaq . Tədbirdə “Eurovision-2011"ə ev sahibliyi etmiş Düsseldorf şəhərinin meri Dirk Elsbers müsabiqənin rəmzi açarını Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova təqdim edəcək. Bununla da Bakı ”Eurovision 2012"yə ev sahibliyini rəsmən qəbul edəcək.

Qeyd edək ki, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi Qafqazda, o cümlədən Azərbaycanda şəhər merlərinin seçki yolu ilə müəyyənləşdirilməsi məsələsini hələ bir neçə il öncə irəli sürüb. Artıq Ermənistanda və Gürcüstanda seçilmiş merlər fəaliyyət göstərir. Azərbaycanda isə indiyədək Bakı şəhər rəhbərliyi ölkə prezidenti tərəfindən təyin edilir.

Ötən ilin dekabrında Milli Məclisdə Bakı meri Hacıbala Abutalıbovun yarıtmaz fəaliyyəti, o cümlədən şəhər merinin seçki yolu ilə təyin edilməsi məsələlərinin müzakirəsi gözlənilsə də, bu, olmadı. Mətbuatda da dəfələrlə H.Abutalıbovun vəzifədən gedəcəyi haqda məlumatlar dərc olunub. Lakin may ayına çox az vaxt qalıb və H.Abutalıbovun tutduğu vəzifədən azad olunacağı gözlənilən deyil.

Hazırda H.Abutalıbov “Eurovision” səhnəsində çıxış üçün ingiliscə deyəcəyi bir neçə cümləni düzgün aksentlə əzbərləməyə çalışır. Bunun üçün 2 mütəxəssis də cəlb olunub. 68 yaşlı merin dil mənimsəmə problemi var. Lakin maraqlıdır, H.Abutalıbov “Eurovision” səhnəsində öz dilimizdə çıxış edə bilərmi? İngilis, yaxud hansısa yabançı dildə danışmaq şərtdirmi? Bundan əvvəl ingilisdilli olmayan ölkələrdə bu məsələ necə həll olunub?

Bütün bunlar bir yana, Abutalıbov müəllimin marağı aydın olur. Onun taleyi ölkə başçısının əlindədir. Seçkiyə qalsa bu adama heç kolxoz bazarını da tapşırmaq olar.

Amma çox maraqlı olacaq, həm də rüsvayçı. Düsseldorf şəhərinin meri Dirk Elsbers üçün nə var axı, onsuz da Almaniyada maviliklə kimsəni təəccübləndirmək olmaz. Mavilik qəbahət də sayılmır. Amma Abutalıbov? İnanmaq olmur ki, bu ağsaqqal adam mavilərin tədbirində utanıb-sıxılmayacaq. Nə qədər olmaya Azərbaycanda hələ KİŞİlərə hörmət var. Qadınlara da hörmət var, amma əsil qadınlara və əsil kişilərə. Daha qadın paltarı geymiş eurovisionçulara yox!

Bakıxan

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib