Başı Müsibətli Azərbaycan

“Yevravijın”a gedən yolumuz

  • News Code : 291644
  • Source : İslam Azeri
Bu il ölkəmizdə çox “mühüm” bir ildir. Dövlət əl-qolunu çırmayıb “Yevravijın”a hazırlaşır. Avropadan gələcək “geyləri”, lütləri qarşılamağa.

Hələ ötən il Azərbaycanı bu “müsabiqədə” təmsil edən cütlüyün “qalibiyyətindən” sonra küçələrə axışanlar maşınların üstünə çıxaraq soyunub özlərini nümayiş etdirərək bayram edirdilər. Düzdür onların bayramı idi. Amma internetdə yayılan bir kadrda mənim diqqətimi çəkən bir məqam oldu. 3-4 nəfər maşının “lükundan” çıxaraq əyinlərində olan yarımparçanı da soyunaraq özlərini nümayiş etdirirdilər. Bu belə...

“Yevravijın”nın ilk qurbanları evindən didərgin salınan əhali oldu. Burda “Yevravijın” üçün bina tikəcəyik deyib camaatı öz evindən çıxardılar ki, get harda istəyirsən yaşa. Hətta bu hadisəyə etiraz olaraq Avropa ölkələrinin bir neçəsi “Yevravijın”dan imtina etdi, bunu biabırçılıq adlandırdı.Bir neçə gün öncə isə “Yevravijın”nın şərəfinə Bakıda “geylərin” paradının təşkil ediləcəyi barədə xəbərlər yayıldı. Əgər söz atılıbsa yəqin ki, bunu eləmək fikirləri var. İndi cəmiyyətdə bu hadisənin necə qarşılanacağını yoxlayırlar.

Bu yerdə bir haşiyə çıxmaq istəyirəm. Avropa Şurasının iclasında iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvlərindən biri onunla ilk dəfə iclasa gələn xanım həmkarına ilk iki gündə iclasda iştirak etməməyi və çıxıb şəhərdə gəzməyi təklif edib. Hələ məsələdən agah olmayan və vətənpərvərlik nümayiş etdirən xanım isə “bura gəzməyə gəlməmişik” deyib iclasa gedir. Heç bir saat keçmir ki, həmin xanım həmkarına zəng vuraraq iclası tərk etdiyini bildirir. Sən demə Avropa Şurasının ilk iclası “geylərin hüquqlarının müdafiəsinə” həsr olunurmuş. Çünki həmin Şuranın sədrinin özü də “geydir.” Odur ki, “Yevravijın” da bu üzdəniraqlara məxsusdur.İndi bizim hökumət elə bilir ki, avropalılar Azərbaycana gəlib görəcək və tanıyacaq. Bu da ölkənin Avropaya inteqrasiyasını sürətləndirəcək. Amma onsuz da Avropanın özündə belə səviyyəsiz hesab edilən bu “müsabiqəyə” bu qədər canfəşanlıq göstərmək nəyə görədir görəsən?

Bu vaxta qədər ölkədə nəqliyyat sektorunda nağdı pula işləyənlərin yadlarına niyə plastik kartlar düşmürdü? Yaxud demək olar ki, əksər insanların çörək yeri olan taksiləri yığışdırıb yerinə İngiltərə adı ilə soxuşdurulan “kitayiski” taksiləri buraxaraq avropalıların yanında hörmət qazanmağa çalışırlar?Guya avropalılar o qədər mədənidirlər ki, birdən bizim ölkədə köhnə taksi görsələr bizi mədəniyyətsiz hesab edəcəklər. Amma Avropanın özündə mədəniyyət deyilən şey yoxdur. Hələ bu zonanın “avanqardı” sayılan fransızlar bir neçə gün öncə internetdə yayılan videoda dükanlarda edilən endirimə görə “jalüz” açılan kimi yerlə sürünüb elə mallara cumurdular ki, bizim Sumqayıtdakı fəhlələrin yemək vaxtı yeməkxanaya qaçması onun yanında toya getməli idi. İndi mədəniyyətdən bixəbərlər gəlib bizdə mədəniyyətsizlik axtaracaq? Axı bizim xalqımıza nə olub ki? Hər zaman hər bir mədəniyyətli olmuşuq. Bütün Avropanı bir yerə yığsan da bizim xalqın mədəniyyətinə, zəngin tarixinə çata bilməz. İndi görəsən biz bu qədər pis olduq ki, özümüzü avropalılara “güldürməkdən” qorxuruq?

P.S. Başımıza onda Allahın yekə bir daşı düşdü ki, məqsədyönlü şəkildə Azərbaycanı “Yevravijın” “qalibi” etdilər. İndi bunun sonu necə olacaq bilmirəm. Bircə şeydən narahatam. O da düşmənimiz ermənilərin “Yevravijında” “Sarı gəlin”i oxuyaraq “qalib” gəlməyindən. Bax onda başımıza haranın külünü tökəcəyik görəsən?

Əli Cəfəri

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib