Mürtəddin Acınacaqlı Həyat Tərzi

Hindistan müsəlmanları rüşdinin səfərinə etiraz edirlər

  • News Code : 290428
  • Source : AHLI BEYT
salman rüşdi 1988-ci ildə çap etdirdiyi "Şeytan ayələri" əsərində İslam dinini və müqəddəsatını təhqir etdiyi üçün elə həmin il İmam Xomeyni (r) cənabları tərəfindən onun ölüm hökmü verdi.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Hindistanın müsəlman icmaları İslam Peyğəmbərini(s) öz əsərində təhqir etmiş mənfur salman rüşdinin Hindistana səfər etməsinə etiraz edərək hökümətdən onun səfərini qadağan etməsini istəyiblər.

Müsəlman icmaları mürtədd salman rüşdinin Hindistana səfər etməsini müsəlmanların heysiyyatını təhqir kimi qiymətləndiriblər.

Hindistanda dünyaya gəlmiş salman rüşdi isə Hindistana səfər etməsində heç kimin icazəsinə ehtiyac duymadığını bildirib.

Xatırladaq ki, salman rüşdi 1988-ci ildə çap etdirdiyi "Şeytan ayələri" əsərində İslam dinini və müqəddəsatını təhqir etdiyi üçün elə həmin il İmam Xomeyni (r) cənabları tərəfindən onun ölüm hökmü verilmişdi. Bəzi məlumatlara görə bu fətvadan sonra Böyük Britaniyaya pənah aparan salman rüşdi öldürülməsindən ehtiyat edərək üzündə bir neçə dəfə plastik cərrahiyyə əməliyyatı keçirmişdir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib