ŞEYTANÇLAR BAYKOT OLUNDU!

Ruhani İdarə festivala etirazını bildirdi

  • News Code : 270474
  • Source : ABNA - Xeber agentliyi
Pornosənayedə Dilarə ləqəbi ilə məşhur olan Sibel Kəkilli bir müddət islamı tənqid etməklə də gündəmə gəlmişdi.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Rusiyanın Kazan şəhərində keçirilən müsəlman kinosu festivalında qalmaqal yaşanıb.

Rusiya mətbuatlarının məlumatına görə, festivalda Qran-priyə əslən türk olan Almaniya vətəndaşı Sibel Kəkilli sahib çıxıb. Əslində burada təəccüblü heç nə olmazdı, Sibel Kəkillinin qaranlıq keçmişi olmasa idi.

Belə ki, Sibel Kəkilli əvvəllər porno filmlərdə çəkilməklə məşhurlaşıb. Pornosənayedə Dilarə ləqəbi ilə məşhur olan Sibel Kəkilli bir müddət islamı tənqid etməklə də gündəmə gəlmişdi. Bütün bunları nəzərə alan Tatarıstanın Müsəlman-Ruhani idarəsinin rəhbəri İldus Fayzov respublikanın Mədəniyət Nazirliyinə etiraz məktubu ünvanlayıb.

Təsüflə qeyd etmək lazımdır ki, Sibel Kəkilli Kazan kinofestivalında “Özgə” filmində ifa etdiyi baş rola görə ən yaxşı qadın aktrisası adına layiq görülüb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib