Erməni əliyevlərə etirazlar səngimək bilmir

"Bu məhkəmə Azərbaycanda ədalətsizliyin təntənəsi idi"

  • News Code : 270310
  • Source : Islam Azeri
Vəkil Anar Qasımlı: "Biz məhkəmənin bu ədalətsiz hökmündən appeliyasiya şikayəti verəcəyik."

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bu gün Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Mövsüm Səmədov, onun qayını Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədov, partiya sədr müavini Vaqif Abdullayev və Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, ruhanilər Seyyid Fəramiz Abbasov və Zülfüqar Mikayılzadənin cinayət işi üzrə məhkəmənin son iclası keçirilib.

İslamçılara ümumilikdə 65 il 6 ay hökm oxunub.

Vəkil Anar Qasımlı məhkəmənin çıxardığı qərarlara etiraz edərək deyib: "Bu bir mənalı şəkildə böyük rəzalət və Azərbaycanda ədalətsizliyin təntənəsi idi. Adi bir epizodu sizə xatırladım. Bununla da məhkəminin necə hökm verdiyini özünüz xarakterizə edin. Hökmdə hakim oxudu ki, məhkəmə Mövsüm Səmədovun himayəsində azyaşlı uşaqların olmasını və onun birinci dəfə məhkumluğunu yüngülləşdirici hal kimi nəzərə alır. Amma o, Mövsüm Səmədova prokurorun tələb elədiyi cəzanı tətbiq etdi. Maraqlıdır ki, hakim burada nəyi nəzərə alıb. Çox absurd situatsiyadır. Biz məhkəmənin bu ədalətsiz hökmündən appeliyasiya şikayəti verəcəyik."

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib