ŞEYTANIN BALASI İŞƏ QATILDI

"100 min imza"ya qarşı kampaniya başladı

  • News Code : 253662
  • Source : ABNA- xəbər agentliyi Haqqyolu
P.S. Fəxrəddin Hacıbəyli Avropada Qarabağın müdafiəsinə qalxanları, bu məqsədlə aksiya keçirənləri məsxərəyə qoyduğu üçün əzişdirilib xəstəxanaya düşən adamdır. Küfr dolu yazıları ilə bütün həmvətənlərə tanışdır. Bu savadsız hələ vətənpərvərliklə iffətlilik dəyərlərini bir-birindən seçə bilmir. Analmır ki, Xocalının qisasını almaq üçün vətənpərvər olmaq lazımdır. Namus isə Dubayda satılmış qızları azad etməkdir.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Fəxrəddin Hacıbəyli Axundov qədər, Axundovsayağı məşhurluq üçün sinov gedən biridir. Elə buna görə də onun antiislam yazıları, dini dəyərlərə qarşı çıxmağı o həddə çatmışdır ki, yazar olduğu saytı belə cəfəngiyyat yazılar yazdığına görə bir müddət aydiyatlı orqanlar tərəfindən bağlamışdılar. Doğrusu bu canlı mövcuda Fəxrəddin (yəni: Dinin Fəxri) yox Muzilliddin (yəni: İnsanları dinin yolundan sapındıran) adın qoymaq, Hacıbəyli deyil Şeytanbəyli, Axundov yox Cindarov demək məqsədə uyğun olardı. Başlatdığı iş də məşhurdur: “100 min imza”ya qarşı kampaniya!

Axar.az yazır: Orta məktəblərdə qız uşaqlarının məktəbə hicabla getməsi üçün dövlət başçısına yüz minlik imza hazırlayan müsəlmanlar barədə bu günlərdə mediada çox yazılır.

Sözügedən kompaniyaya qarşı məktəblərdə hicaba icazə verilməməsi üçün kompaniya başladılıb. Kompaniyanın məqsədi orta məktəblərdə məktəbyaşlı qız uşaqlarına hicab geyindirilməsinə icazə verilməsi uçün ölkə rəhbərinə ünvanlanacaq "yüzminlik imza" kompaniyasına əks-fikir, əks-mövqe ortaya qoymaqdır.

Kompaniyanın səlahiyyətlisi, tanınmış jurnalist Fəxrəddin Hacıbəyli Aznews Agentliyinə açıqlamasında bildirdi: “Azərbaycan adlı ölkədə yaşayan xalqın, yəni azərbaycanlıların içərisində az da olsa hələ də 6-7 yaşlı balaları seksual obyekt kimi görməyənlər, onu bır övlad, bala gözündə görənlər də var və biz bunu sübut etməyə çalışırq”.

Fəxrəddin bəy bildirir ki, kimsə balarının başının örtüyü ilə özünə "namuslu" titulu qazana bilməz: “Namus 6 yaşlı balanı qara örtüyə bürümək deyil. Namus, qeyrət bundan çox yüksəkdə duran bir anlayışdır. Namus Qarabağı işğaldan azad etməkdir, namus ölkəsində rahat güzəran yaradılması naminə mubarizə etməkdir, namus itirilmiş, oğurlanmış haqqını əldə etmək üçün mücadilədir, namus 6 milyardlıq bəşəriyyət içərisirində özünü biabır etmək yox, bu coxluq içərisındə öz mədəniyyəti, inkishafı, tərəqqisiylə yerini tapmaq və dunyaya özünün 14 əsr öncəki feodal-quldar təfəkkürlü deyıl, müasir, sıvıl dəyərlərə amlık xalq oldugunu numayısh etdirməkdir”.

Kompaniya rəsmisi bildirir ki, qeyrətsizlik Qarabağın işgal altında qalmasına dözmək və səsini çıxarmamaqdır: “Namussuzluq çadrasız gəzmək deyil, Xocalının qisasını almamaqdır, oğurlanan torpağına, haqqına sahib çıxmamaqdır. Bizim tariximiz boyu öyünəcəyimiz o qədər qeyrətli başı açıq qadınlar olub ki. Sərkərdə olub, hökmdar olub. Azərbaycan qadını çarşab örtməyəndə namussuz idi?”

P.S. Fəxrəddin Hacıbəyli Avropada Qarabağın müdafiəsinə qalxanları, bu məqsədlə aksiya keçirənləri məsxərəyə qoyduğu üçün əzişdirilib xəstəxanaya düşən adamdır. Küfr dolu yazıları ilə bütün həmvətənlərə tanışdır. Bu savadsız hələ vətənpərvərliklə iffətlilik dəyərlərini bir-birindən seçə bilmir. Analmır ki, Xocalının qisasını almaq üçün vətənpərvər olmaq lazımdır. Namus isə Dubayda satılmış qızları azad etməkdir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib