Şeytan pərəstlik

Şeytan,Rok musiqisinin tam ürəyindədir.

  • News Code : 185668
  • Source : fakt xəbər agentliyi

 

"Yeah Satan, he organized hiss own religion"(Yaşasın Şeytan, o öz dinini qurdu)

 

 

 

 

 

İblisanə sektaların əksəriyyətində rok-musiqi (xüsusilə ağır rok-(Hard rock)) iblisə ibadət, onu səsləmə ayininin özünəməxsus girişi rolunu oynayır. Qərbdəki kütləvi mədəniyyətin əsas tərkib hissələrindən birinə çevrilən rok musiqisi, xristian şüurunun dağıdılmasının qüdrətli alətinə çevrildi. Rokun banisi olan Elvis Presli daim xristianlığın dağıdılmasındakı xüsusi missiyası barədə danışır və bununla fəxr etdiyin dilə gətirirdi. Onun konsertlərini görən xristianların fikrincə, narkoman və sodomit Presli, iblissevərlərin parlaq tipi idi. Satanizm tədqiqatçısı Con Todd belə qeyd edir: “İblisə həsr olunmuş musiqi vallarının (rok musiqi – C.T) hamısı eyni prinsip əsasında qurulub. Cinsi münasibətlər zamanı edilən hərəkətlərə müvafiq şəkildə hazırlanan ritm hissəsindən istifadə edilir. İnsana qəflətən elə gəlir ki, o, dəli olub və sonda bu, isterikaya gətirib çıxarır... Gənclər müəyyən müddət bu səslərin təsirinə məruz qaldıqda, onlarda depressiya, qıcıqlanma, təcavüzkarlıq hissləri baş qaldırır. Mahnıların mətnlərini araşdırmaq üçün özlərində səbir tapanlar tezliklə belə bir qənaətə gəlirlər ki, bu mətnlər, bir qayda olaraq, yeknəsəkdir. Onlarda valideynlərə, cəmiyyətə, bütün varlığa qarşı müqavimət təbliğ edilir. Anarxiya yaratmaq üçün zəruri şərait insanın bütün şəhvani hisslərini azad etməkdir ki, bu da öz növbəsində satanizmin bütün dünyada hökmranlığına yardımçı olur.»

Bəzi mahnılarında rok müğənnilər açıqca iblisə sitayiş edirlər. Belə ki, Con Lennon ona müraciətlə deyirdi: «İnsanları elə indi, dərhal azad et, bunu yerinə yetir, bizim əlimiz havada qalıb... Biz sənə dualarla bağırmaq istəyirik: İnsanları azad et... 666-dır sənin adın.»

Müasir dünyada iblisanə ‒ mistik ədəbiyyat artıq Krouli, yaxud Lavey kimi yazıçıların əsərləri ilə məhdudlaşmır. Onlardan başqa külli miqdarda daha zərif, daha çox ziyalılalar tərəfindən istifadə edilən iblisanə kitablar da var. Onların müəlliflərinin ad çeşidi də çox zəngindir: K.Kastanyeda, H.Mayrinq, Umberto Eko, Kristofer Faulerdən başlamış, Stiven Kinq, Artur Klark və hətta rus yazıçısı Dannil Andreyevə qədər.

Led Zeppelin, Michael Jackson, Beatles, Madonna, Metallica, Eagles, Rolling Stones və.s

Bu solist və qrupların bir çox sevilən mahnılarında şeytanı tərif edən hissələr var. İllərdir musiqisevərlər tərəfindən böyük zövqlə dinlənilən bu məşhur mahnılarda "satanizm təbliğatı" gedir?

Satanistliyi təbliğ edən cümlələri bu tip mahnıları yalnız geriyə doğru oxudulduqa anlamaq olar.

 

Madonnanın ilk dəfə 1987-ci ildə oxuduğu musiqi ində də gənc nəsil tərəfindən maraqla dinlənilir. "Like a Prayer" (Bir mömin kimi) bu məhşur cümləylə başlayır: "Life his a mystery…" (Həyat bir sirrdir).

Deyə bilərsiniz ki, nə var e... burda, şeytanı təbliğ bu cümlənin harasındadır?

Musiqini MP3 şəklində əldə edib giriş hissəsini tərsinə dinlədiyiniz zaman Madonnanın sanki yalvararaq "O, hear our savior satan" (Qurtarıcımız şeytan, eşit bizi!) dediyinə şahid olacaqsınız.

Başqa bir rock musiqisi ki, 30 ildir dünyanada böyük zövqlə dinləlinir. "Hotel Kaliforniya" adlı bu musiqi  "Eagles" qrupu tərəfindən ifa edilir. Geniş kütlələri hər vaxt məst edən bu musiqinin bir bəndi eynilə belədir: "There were voices down the corridor, thought I heard them say, welcome to the Hotel Californiya."(Eşitdiyim səslər koridorun dərinliklərindən gəlir, onlara “Hotel Kaliforniyaya xoş gəldiniz” de.)

Otelə gələn qonaqlara gülərüzlə xoş gəldin demək hər administratorun təbii vəzifəsidir. Ancaq bu hissəsini əksinə qulaq asdıqda deyilir ki, "Yeah Satan, he organized hiss own religion"(Yaşasın Şeytan, o öz dinini qurdu) deyə başlayan bu cümlələr şeytana bağlılığı bir daha göstərir.

Bundan əlavə Kaliforniya əslində bir otel deyil. Los Ancelesdə böyük bir prospektin adıdır. İlk rəsmi Şeytan məbədi də 1968-ci ildə satanistlərin lideri Anton Zsandor Lavey tərəfindən bu prospektdə tikilib. Əksəriyyəti ABŞ-da və İngiltərədə fəaliyyət göstərən və satanistliyi təbliğ edən bu cür qrupların və solistlərin sayı 50-dən çoxdur. Bu siyahıda Michael Jackson, Metallica, Led Zeppelin, Rolling Stones, AC/DC, Beatles və bir çox məşhur solist və qrupun adını görmək olar.

Ardı olacaq...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib