Din və Siyasət

AİP-in 20 illiyi ilə əlaqədar Politoloq Vəfa Quluzadə müsahibə verib

  • News Code : 353040
  • Source : İslamın Səsi
Zaman-zaman AİP-ə İrançılıq damğası vurulub. Ancaq, AİP millətinə və dövlətinə xidmətlə bu ikirlərin puç olduğunu sübut edib. Bilirsiniz ümumiyyətlə həmişə İslam dininə qarşı təzyiqlər olub və olacaq. Ancaq, mən AİP-in gələcək fəaliyyətinə inanıram

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Azərbaycan İslam Partiyasının 20 illiyi qeyd olunur. Bu illər ərzində AİP siyasəti İslam meyarları ilə uzlaşdıran yeganə bir partiya olaraq Millətinə və torpaqlarının ərazi bütövlüyünə əbəssiz xidmətlər göstərmişdir.

Bu baxımdan İslam Partiyasının rəsmi saytı olan “islaminsesi.az” saytının müxbiri növbəti müsahibəsini Politoloq Vəfa Quluzadə ilə aparmışdir.

Müsahibəni təqdim edirik.

 

- Azərbaycan İslam Partiyasının fəaliyyətnin 20 ili tamam olur. Siyasi İslam olaraq AİP-in Nizamnamə və Məramnaməsində əsasən dünyavilik və demokratik prinsiplərin inkişafı prioritetdir. Amma milli - dini, mənəvi dəyərlərimizin qorunmasında da qurumun fəaliyyəti danılmazdır. Bunu necə qiymətləndirirsiniz?

- Hesab edirəm ki, həqiqətən də Islam partiyası gərək Məhəmməd (s) peyğəmbərin bütün bu vərəsə qoyduğu hədisləri, nazil olan ayələri və demokratik qanunları insanlara düzgün şəkildə çatdırmalıdır. AİP təkcə dini məsələlərə yox, milli dəyərlərə də, diqqət ayırmalıdır. Allahın kəlmələrinin hamısı müsbət fikirlərdir. Allahın bizə nazil etdiyi ayələr və hədislər insanların əxlaqını, təhlükəsizliyini qorumaq və cəmiyyətin mehriban həyat sürməsi üçün bizə nazil olub. Bu yönümdə AİP-in fəaliyyətini müsbət dəyərləndirirəm. Mən hesab edirəm ki, İslam dini böyük bir dindir. Ona görə də, biz Allahın dediklərinə əməl edib düzgün həyat sürməliyik.

- AİP müxalifət cəbhəsində dayanır, eyni zamanda sərhəd bilməyən islamçılığı, islami marifləndirməni cəmiyyətimiz üçün mühüm amil sayaraq mübarizə xəttinə daxil edir. Bu istiqamətdə uğurları danılmazdır. AİP-in gələcək fəaliyyətinə inanırsınızmı?

- Azəribaycanın indiki şəraitində İslam partiyası, digər partiyalar kimi hakimiyətə gəlməyə can atmamalıdır. Mənə elə gəlir ki, yaxın gələcəkdə İslam dəyərləri bütün dünyada qalib gələcək və yenilənmiş, müasirləşmiş islami pirinsiplərə əsaslanan İslam qurulacaqdır. Ona hazırlıq üçün isə iş görmək və elə imkanlar yaratmaq lazım deyil ki, İslam partiyasını nədəsə ittiham etsinlər, o cümlədən də radikallıq və terrorizimdə.

- AİP-in irançılıq mövqeyinə görə günahlandırırlar, qurumun fəaliyyət istiqamətində bu hal büruzə verilməsə belə, nədənsə qərbyönümlülərdən bu qədər əndişələnmirlər səbəbi ?

- Mən istərdim ki, Azəribaycan İslam Partiyası bu cür vəziyyətlərdən üzü ağ çıxsın. Düzdür zaman-zaman AİP-ə İrançılıq damğası vurulub. Ancaq, AİP millətinə və dövlətinə xidmətlə bu ikirlərin puç olduğunu sübut edib. Bilirsiniz ümumiyyətlə həmişə İslam dininə qarşı təzyiqlər olub və olacaq. Ancaq, mən AİP-in gələcək fəaliyyətinə inanıram. Buna da başlıca səbəb kimi üç mühüm faktoru qeyd etmək olar. Bunlar dil, din və millət faktorlarıdır. Sovetlər vaxtında dinə qadağalar qoyuldu. Məscidlər söküldü, alimlər sürgünlərə məruz qaldılar. Buna baxmayaraq İslam dinini aradan apara bilmədilər. Çün ki, din o zaman evlərdə və qəlblərdə idi.

- AİP-ə nələri arzulayib və ya təklif görərdiniz ?

- İslam partiyasına işlərində müvəffəqiyyətlər və uğurlar arzulayıram. AİP Azərbaycan da ən qədim partiyalardandır və onlar bu partyanın və özlərinin qədirlərini bilməlidirlər. İşlərində Xalqı və dini əsas tutmalıdırlar.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!