$icon = $this->mediaurl($this->icon['mediaID']); $thumb = $this->mediaurl($this->icon['mediaID'],350,350); ?>
ALLAHIN RƏHMƏT AYI BAŞLANDI

Rəcəb ayı nə deməkdir?(3)

  • News Code : 245227
  • Source : Deyerler.org
Mübarək Rəcəb ayı - Allah qonaqlığı üçün səfərə hazırlıq aylarından birincisidir. Bu ay - tövbə diləmə, bağışlanma istəmə, ləyaqət və şərafət əldə etmə, yalandan, qeybətdən, böhtandan, qorxaqlıqdan, yaltaqlıqdan, hər bir eybəcərlikdən müalicə olunma ayıdır.

Rəcəb ayının əməllərindən

Rəcəb ayının ilk gecəsi (yəni, cəmaduyəs-sani ayının axırıncı günündən rəcəb ayının ilk gününə keçən gecə) bu duanı oxumaq tövsiyə edilmişdir: «Əllahummə bərik lənə fi racəbin və şəbənə və bəlliğnə şəhra-Raməzan» (Duada Allah Təaladan 3 mübarək ayın - Rəcəb, Şəban və Ramazan aylarının fəzilətlərinin əta edilməsi istənilir)Rəcab ayının ilk cüməsinin gecəsi (yəni Rəcəbin ilk cümə axşamından ilk cüməsinə keçən gecə) “leylətul-rəğayib” adlanır. Bu gecəni ibadət və dualarla keçirmək tövsiyə olunub.Rəcəb ayının əvvəl, orta və axır günlərində qüsl almaq müstəhəbdir və bu əməl günahların bağışlanmasına səbəb olar.

Rəcəb ayının bütün günləri oruc tutmaq müstəhəbdir və günahların bağışlanmasına səbəb olar. Hər kəs də qismət olan miqdarda bu günlərdən bəhrələnə bilər.Rəcəb ayında ən azı 3 gün oruc tutmağın çox böyük fəziləti vardır. O kəslər ki, Rəcəb ayında oruc tutmaq imkanları yoxdur, onun yerinə sədəqə versinlər (imkanları çərçivəsində). Oruc tutmağa və sədəqə verməyə imkanı olmayan insanlar, əvəzində zikrlər deyə bilərlər.

Rəcəb ayında Məsumların (ə) mübarək hərəmlərini ziyarət etməyin böyük fəziləti vardır.

Rəcə