$icon = $this->mediaurl($this->icon['mediaID']); $thumb = $this->mediaurl($this->icon['mediaID'],350,350); ?>
ŞEYTANIN YENI BALASI

BU ŞƏXS ŞEYTANIN YENI BALASIDIR.

  • News Code : 185764
  • Source : HAQQYOLU
Bu şəxs - Fəxrəddin Hacıbəyli təkcə dinlə vuruşmur.

 BU ŞƏXS ŞEYTANIN YENI BALASIDIR.

Bu şəxs - Fəxrəddin Hacıbəyli təkcə dinlə vuruşmur. O dini, dini dəyərləri, dindarları “Salman Rüşdi ehtirası” ilə təhqir edir. “Alma”dakı  son yazısına diqqət edin:

“Dindar bir vətəndaş sual ünvanlayır...    - Yazılarınızı oxuyuram. Mənə maraqlıdır, mömin insanlar allahı zikr etməklə, ona ibadətlə rahatlıq tapır, ruhən sakitləşirlər. Bəs siz necə edirsiniz, içinizi necə, nə ilə rahatlayırsınız?   - Eyni sualı sizə el arasında "şeyxor, nəşəxor" (hər şeyin bir "..xor"u, yəni aludəçisi var. Məsələn, çayxor, şeyxor, nəşəxor və s.) dediyimiz narkomanlar bir azacıq dəyişdirilmiş formada verə bilərdi. "Nəşəxorlar nəşə çəkməklə kayf tuturlar, rahatlayırlar, bəs siz necə içinizi rahatlayırsınız?" Yəqin ki, cavabınız belə olardı - "mən nəşəxor deyiləm, narkotika alidəçiliyim yoxdur". Mənim də cavabım sizə eynidir - mən dinxor, şəriətxor deyiləm, ona aludəçiliyim yoxdur.”

Məntiqsiz, elmi istinadı olmayan, qərəzli insanlar həmişə belədir. Şəriət baxımından araşdırma aparmadan, uydurma dəlillərə əsaslanaraq istənilən bir ünvanı alçaltmaq günahdır. Bunu müsəlmanlara şəriət öyrədir. Hətta şəriətlə tanış olmayan normal adamlar da təhqiri öz ləyaqətinə ləkə sayır. Təhqir olunmağı yox, təhqir etməyi nəzərdə tutduq. Təhqir metodu həmişə, hər yerdə zəiflərin silahıdır. Allahın düşmənləri isə həmişə həmişə zəifdir!