$icon = $this->mediaurl($this->icon['mediaID']); $thumb = $this->mediaurl($this->icon['mediaID'],350,350); ?>
ÜMÜDSÜSLÜK ŞEYDANNAN DIR

İlahi rəhmət.

  • News Code : 185762
  • Source : HAQQYOLU

Qeys ibn Qasim öz qəbiləsinin böyüklərindən idi. O, cahiliyyət dövründə on iki qızını diri-diri torpağa basdırmışdı. On üçüncü qızını isə həyat yoldaşı bir müddət ondan gizli saxlamışdı. Lakin Qeys ibn Qasim bundan xəbər tutan kimi onu da diri-diri basdırdı. O, İslam dinini qəbul edib müsəlman oldu. Bu vaxt keçmiş işlərindən peşman halda Peyğəmbərin hüzuruna gəldi və vəziyyətini danışdı. Peyğəmbərin gözləri yaşla doldu və ağlamağa başladı. Həzrət, Qeysə buyurdu: «Ey Qeys! Səni çox pis günlər gözləyir. Başqasına rəhm etməyən şəxsə, Allah da rəhm etməyəcək!» Qeys ərz etdi: «Bəs mən hansı işlə bu günahımı yüngülləşdirə bilərəm?» Peyğəmbər buyurdu: « Basdırdığın hər qızın əvəzində bir qul azad et!»