$icon = $this->mediaurl($this->icon['mediaID']); $thumb = $this->mediaurl($this->icon['mediaID'],350,350); ?>

GÜNAHA QARŞI PEŞIMANCILIQ HISSININ TƏSIRLƏRI.

  • News Code : 185759
  • Source : HAQQYOLU
İMAM SƏÇÇAD(ə)İSTƏKLƏRİNDƏN BİRİ DƏ QƏLBLƏRDƏKİ GÜNAHA QARŞI PEŞİMANCILIQ HİSSİNİ OYATMAQ İDİ.

GÜNAHA QARŞI PEŞIMANCILIQ HISSININ TƏSIRLƏRI.

İmam Səccadın (ə) istəklərindən biri də qəlblərdəki günah hissini oyatmaq idi. Kərbəla vaqiəsindən sonra İmam (ə) kufəlilərə üz tutub buyurur: “Sizi Allaha and verirəm, siz deyildiniz atama məktub yazan və sizə doğru hərəkət edəndə ona kələk gələn?! Siz atamla əhd-peyman bağladınız, ona beyət etdiniz, amma beyətinizi pozdunuz və onu qətlə yetirdiniz... Peyğəmbərin (ə) görüşünə gedəndə və sizə “əhli-beytimi qətlə yetirdiniz, mənə hörmətsizlik etdiniz” deyiləndə ona nə üzlə baxacaqsınız?!” Bəli, İmam (ə) kufəlilərin qəlbində günah hissini şölələndirmək istəyirdi. Həmin günah hissi sonradan bir çox qiyamların əsası oldu. Cəmiyyəti ədalətsizliyə qarşı qiyama qaldıran məhz bu günah hissidir. Cəmiyyət özünü günahkar bilib ayağa qalxır. Günah hissi insanı iki addıma təhrik edir: günahları yumaq və günaha sürükləyən amilləri aradan qaldırmaq. Məhz ikinci amil qiyamlara səbəb olur. Günah hissi də o biri hisslər kimi ifrata vardıqda fəsada səbəb olur. Günah hissində ifrata varan insan ümidsizləşir, fəaliyyətdən düşür. Eyni zanada, günah hissi olmayanlardan fironlar, hitlerlər ərsəyə gəlir.