Qurani Kərim

Çində Qurani Kərim Uyğur dilinə tərcümə edildi

  • News Code : 480104
  • Source : ABNA- Xəbər Agentliyi
Brief

Çinin “İslami Cəmiyyət”i, misli görülməmiş bir addım ataraq, mübarək Qurani Kərimi Uyğur dilinə tərcümə və çap edib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Mühərrəm ayının daxil olması ilə əlaqədar, Çinin “İslami Cəmiyyət”i Çinin Baş Çap və Nəşriyyat İdarəsinin nəznindəki Şin Giyang İslam Cəmiyyətinin həmkarlığı ilə mübarək Qurani Kərimi Uyğur dilinə tərcümə edib, çapa verməyə nail olub.

Qurani Kərimin Uyğur dilinə tərcümə edən heyəti, 2008-ci ildən başlayaraq, nəhayət 4 il çoxlu təlaş və səylərdə sonra mübarək işi müvəffəqiyyətlə başa vurublar.

Qeyd edək ki, məlumata əsasən, Çində Qurani Kərim ən çox Qazaxıstan, Qırqızıstan və İngilis dilinə tərcümə olunaraq, işıq üzü görüb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib