İslam və Sağlamlıq

Kərəviz kişi sağlamlığını qoruyan və arıqlamağa kömək edən göyərtidir - (Hədislər və araşdırma)

  • News Code : 754385
  • Source : ABNA- Xəbər Agentliyi
Brief

Peyğəmbəri əkrəm (səlləllahu əleyhi və alih) imam Hüseynə (əleyhi səlam) müraciət edərək buyurur: “Övladım! Kərəviz ye; Çünki peyğəmbərlərin istifadə etdikləri göyərtidir. Lakin bu unudulub. Kərəviz İlyas və Xıdır peyğəmbərin xörəyidir. Qəbizliyi aradan aparır, Mədə və bağırsaqları təmizləyir, hafizəni gücləndirir, dəlilik, cüzam (keçmişdə olan qorxunc üfünətli bir xəstəlik), bərəs- vitiliqo xəstəliyini (dəri üzərində əmələ gələn ağ ləkələr) və qorxunu aradan aparır.” (Əl Firdovs, cild 5, səh. 370, hədis 2.)

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Kərəviz çox faydalı göyərtidir. Son elmi araşdırmalar nəticəsində məlum olub ki, kərəvizin daim qəbulu yaşlı insanlarda təfəkkürün və yaddaşın zəifləməsinin qarşısını alır, qocalma prosesləri ləngidir. İmam Rzanın (əleyhi səlam) təbabət haqda buyurduğu hədislərin toplumu olduğu “Tibbu Rza”(ə) adlı kitabda da Kərəvizin faydaları haqda yazılıb.

Belə ki, İslam Peyğəmbəri həzrəti Muhəmməd (səlləllahu əleyhi və alih) kərəvizi peyğəmbərlərə məxsus olan göyərti adlandırıb: “Kərəvizdən çox yeyin. Çünki o İlyas, Yəsə, Yuşə ibn Nun peyğəmbərlərin yeməyi idi.” (Usuli Kafi, cild 6, səh. 366, hədis 1.)

Digər bir hədisdə peyğəmbəri əkrəm (səlləllahu əleyhi və alih) imam Hüseynə (əleyhi səlam) müraciət edərək buyurur: “Övladım! Kərəviz ye; Çünki peyğəmbərlərin istifadə etdikləri göyərtidir. Lakin bu unudulub. Kərəviz İlyas və Xıdır peyğəmbərin xörəyidir. Qəbizliyi aradan aparır, Mədə və bağırsaqları təmizləyir, hafizəni gücləndirir, dəlilik, cüzam (keçmişdə olan qorxunc üfünətli bir xəstəlik), bərəs- vitiliqo xəstəliyini (dəri üzərində əmələ gələn ağ ləkələr) və qorxunu aradan aparır.” (Əl Firdovs, cild 5, səh. 370, hədis 2.)

Müasir elmi araşdırmalar 1400 ildən sonra nəhayət məsumlarımızın bu bitkinin faydaları haqda buyurduqları qənaətə gəlib. İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) buyurduğu kimi, Kərəvizdə olan bəzi nadir maddələr yaşlı insanlarda tez-tez inkişaf edən çox ağır Alsqeymer xəstəliyinin inkişafının qarşısını alır.

Kərəvizin tərkibində çox vacib aminturşuları (karotin, asparaqin, nikotin turşusu, tirozin), efir yağları, A, K, E, C, B qrupu vitaminləri, çoxlu sayda minerallar (kalium, fosfor, kalsium, maqnezium, sink, dəmir və s.) var.

Peyğəmbərin (səlləllahu əleyhi və alih) byurduğu hədisdə qeyd olunduğu kimi, Kərəviz çox təsirli arıqladan vasitə kimi tanınır. Kərəviz həzm prosesləri sürətləndirir, bağırsaqları şlaklar, toksinlər və digər zəhərli maddələrdən təmizləyir, piylərin parçalanmasını sürətləndirir. Məşhur diyetoloqlar bu göyərtini şirə, kokteyl, hətta şorba şəklində arıqlamaq məqsədi ilə tutulan pəhrizlərdə istifadə etmək tövsiyə edir.

Liflərlə olduqca zəngin olan kərəviz orqanizmə işlədici təsir edir və bu səbəbdən qəbizlikdən əziyyət çəkən insanlar bu göyərtini öz gündəlik qidalanmasına daxil etməlidir.

Qastrit və xora xəstəliyi olan insanlar da mütləq kərəviz yeməlidir. Bu göyərtinin tərkibində xüsusi U vitamini var ki, bu vitamin mədənin selikli qişasını bərpa etməyə kömək edir, iltihabı və ağrını azaldır.

Kərəviz kaliumla zəngindir və bu səbəbdən ürəyin fəaliyyətinə çox müsbət təsir edir, ödemləri azaldır, qan damarları möhkəmləndirir.

Kərəviz kişi sağlamlığı üçün olduqca faydalıdır. Mütəxəssislərin fikirinə görə, bu göyərti kişilərdə potensiyanı (kişi gücü) artırır, prostatitin inkişafından qoruyur. Cinsi sağlamlığında problemləri olan kişilər hər gün 1 stəkan kərəviz şirəsini içməlidir. Şirə hazırlamaq üçün bitkinin qalın gövdələri və yarpaqları istifadə olunur.

İltihabəleyhinə və sidikqovucu təsirə malik olan kərəviz şirəsi sidik ifrazı sistemi iltihabları zamanı müalicəvi vasitə kimi istifadə oluna bilər.

Kərəviz qadınlar üçün də çox xeyirlidir - menstruasiya qabağı sindromun və klimaksın simptomlarını azaldır, saçları, dirnaqları, dərini daha sağlam və gözəl edir.

Kərəviz immun sisteminə də müsbət təsir edir, infeksion xəstəliklərinin inkişafınının qarşısını alır.

Kərəviz sinir sistemimiz üçün də çox faydalıdır - sakitləşdirir, əhval-ruhiyyəni yaxşılaşdırır. Streslər və həyacanlamalar zamanı qidalanmanıza kərəvizi və onun şirəsini daxil edin. Bu streslə mübarizədə sizə yaxşı kömək edəcək.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Asura mystery of creation
Mourining of Imam Hossein
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1440 / 2019
We are All Zakzaky
conference-abu-talib