Bu gün Xanım Zəhranın (s.ə) mübarək mövlud günüdür

Bu gün Xanım Zəhranın (s.ə) mübarək mövlud günüdür

  • News Code : 682426
  • Source : Cenubnews.com
Brief

İslam aləmində bu gün yəni xanım Zəhranın (s.ə) doğum günü musəlman qadınların bayramı kimi qeyd olunur.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bu gün əlamətdar günlərdən ən önəmlisi Peyğəmbərn (s.ə.s) gözünün işığı , dünya və axirət xanımlarının ən üstünü, Xanım Fatimeyi Zəhranın (s.ə) mübarək mövlud günüdür.

İslam aləmində bu gün yəni xanım Zəhranın (s.ə) doğum günü musəlman qadınların bayramı kimi qeyd olunur.

Elə bu münasibət ilə biz ABNA-Xəbər Agentliyi kallektivi adından başda İmam Zaman (ə.f) olmaqla bütün möminləri, xüsusilə xanımları təbrik edirik. Müsəlman xanımlarımıza xanım Zəhradan (s.ə) dərs almağı, onu özünüzə nümunə götürməyi və daima ləyaqətli, iffətli, namuslu olmağı və onun kimi əvvəlcə gözəl qız övladı daha sonra mükəmməl həyat yoldaşı və nəhayətki qayğıkeş ana olmağı arzu edirik.

İndi isə Xanım Fatimeyi Zəhranın (s.ə) tarixinə kim olmasıyla bağlı kiçik bir nəzər salaq.

Peyğəmbər (s.ə.s) və Xədicə (s.ə)-nin qızı Fatimə (s.ə) besətin 5-ci ili, Cəmadius sani ayinin 20-si, mübarək Cümə günü Məkkədə dünyaya göz açib.

Peyğəmbər (s) qızının doğum ərəfəsində Xədicə xanıma belə buyurmuşdu: "İndi Cəbrail mənə muştuluq verdi ki, pak və gül kimi bir qızınız dünyaya gələcək və bütün imamlar, məsumlar onun nəslindən gələcək."

Xanım Fatimə öz fəziləti və dəyəri ilə insanlığın bütün həqiqətini, kamilliyini, bir qadına verilə biləcək ən ali dəyərləri özündə ehtiva etmişdi. Məhz buna görə də Peyğəmbər (s) buyurub: "Allah Fatimənin (s.ə) qəzəbi ilə qəzəblənir, onun sevinci ilə sevinir". "Fatimə (s.ə) mənim tənimin yarısıdır. Kim Fatiməni (s.ə) incidsə, məni incidir, onunla düşmənçilik edən mənimlə düşmənçilik edir". "Fatimə (s.ə) mənim qəlbimdir, ruhumdur,canımdan bir parçadır".

Hədis və rəvayətlərə görə Qurani-Kərimin "kövsər" surəsi də Xanım Zəhranın şərəfinə nazil olub.

Xanım Fatimeyi Zəhra (s.ə) haqqında nə qədər yazsaq, onun şəninə nə qədər gözəl sözlər desək yenə də zərrə qədər belə kamillik elmini , qadınlıq ismətini, şücaətini danışıb bitirməyə mərifətim çatmaz... "O" dünyaya gəlmiş və gələcək bütün xanımların Zinəti və ən üstün xanımıdır.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib