Hüseynə Yerlər Ağlar Göylər Ağlar

Tasua və Aşura əzadarlığı Ukraniyada möhtəşəm qeyd edilib + Foto

  • News Code : 481516
  • Source : ABNA- Xəbər Agentliyi
Brief

Şərqi Avropa sayılan Ukraniya Respublikasının bir neçə şəhərlərində İmam Hüseynin (əleyhis səlam) matəm mərasimi olduqca geniş şəkildə qeyd olunub.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Şərq ölkələrində olduğu kimi Qərbdə də İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alih) Dahi Səhabəsi, həzrəti İmam Hüseynin (əleyhis səlam) kafir qovm tərəfindən amansızcasına Şəhadətə yetirilməsinin ildönümü münasibəti ilə Muhərrəmul Həram ayının birinci və ikinci on günü qeyd edilir.

Belə ki, Ukraniyadan aldığımız məlumata əsasən, Kiyev və Xarkov olmaqla daha 4 şəhərlərdə Tasua, Aşura və Şami Qəriban mərasimləri böyük izdihamla keçirilib.

İmam Heseynin (əleyhis səlam) əzadarlıq mərasimlərinin azərbaycanlı Şiələrinin tərəfindən təşkil olunmasına baxmayraq, mərasimlərdə yüzlərlə ukraniyalı vətəndaşlar, həmçinin İran İslam Respublikası, Livan, İraq, Pakistan, Türkiyə, Hindistan və sair milətlərin Müsəlmanları da fəalcasına iştirak edirlər.

Ukraniyanın bir çox şəhərlərində Hüseyn əzadarlarının əllərində məşəl və bayraqlar tutaraq Hüseyn! Hüseyn! Sədalarını küçə və xiyabanlarda göylərə ucaldılması nəticəsində İmam Hüseynin (əleyhis səlam) həqiqətləri bir daha ölkədə yaşayan Müsəlman və qeyri-Müsəlman xalqlara çatdırıldı.

Saytımızın hörmətli ziyarətçilərinə Paytaxt Kiyev və Xarkov şəhərindən çəkilən şəkilləri təqdim edirik:

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!