Hicab və Gözəllik

Rəsmi Bakının əksinə olaraq Almaniya Konstitusiya Məhkəməsi Hicablı şəkildə işləməyə icazə verdi

  • News Code : 795113
  • Source : Deyerler “Anadolu”-ya istinadən
Brief

Məhkəmənin verdiyi qərarda, Müsəlman qadınların istifadə etdiyi Hicabın uşaq bağçasında bir təlimçi tərəfindən taxılmasının "konkret təhlükə" yaratmadığı qeyd olunub. Qərarda, həmçinin bu cür Hicab taxılmasında missionerlik etmə təsirinin də olmadığı vurğulanıb.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Almaniyada bir uşaq bağçasında işləyən türk əsilli Almaniya vətəndaşı olan müəllimənin müraciətinə baxan Konstitusiya Məhkəməsi, müəllimənin Hicablı şəkildə işləyə biləcəyinə hökm verib.

Məhkəmənin verdiyi qərarda, Müsəlman qadınların istifadə etdiyi Hicabın uşaq bağçasında bir təlimçi tərəfindən taxılmasının "konkret təhlükə" yaratmadığı qeyd olunub. Qərarda, həmçinin bu cür Hicab taxılmasında missionerlik etmə təsirinin də olmadığı vurğulanıb.

Eyni zamanda Hicabın Almaniyada nadir rast gəlinən bir hal olmadığına vurğu edilərək, əksinə bunun çox vaxt cəmiyyətin gündəlik həyatını əks etdirdiyi qeyd olunub.

Konstitusiya Məhkəməsi həmin müəllimə barəsində, 2008-ci ildə Ştutqart məhkəməsinin, 2009-cu ildə Baden-Vürtenberq əyalət məhkəməsinin və 2010-cu ildə Federal İş Məhkəməsinin verdiyi qərarları din azadlığını pozması əsası ilə ləğv edib və işin yenidən qiymətləndirilməsi üçün Baden-Vürtenberq Əyalət Məhkəməsinə göndərib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib