Qərb Xəbərləri

Şotlandiya bəzi “Müsəlman” ölkələrindən fərqli olaraq Hicabı polis geyiminin bir hissəsi kimi qəbul etdi

Şotlandiya dövlətinin bu tarixi qərarı Şotlandiya Müsəlman Polis Dərnəyi - (SPMA) tərəfindən müsbət qarşılanıb.

  • News Code : 774358
  • Source : ABNA – Xəbər Agentliyi
Brief

Yeni qəbul olunmuş qanuna görə, artıq Hicablı qadın polisləri üçün İslam qanununa əsasən yeni Hicablı Uniform hazırlanacaq.

Əhli Beyt - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Şotlandiya dövləti yeni qanun təsvib edərək polis olmaq istəyən qadınların Hicabdan istifadə etməsinə icazə verir.

Məlumatımıza görə, yeni qanundan öncə də, Şotlandiyalı Müsəlman qadın polisləri öz yüksək rütbəli zabitlərinin icazəsi ilə, iş rejimində Hicab geyinə bilərdilər. Lakin yeni qəbul olunmuş qanuna görə isə, artıq Hicablı qadın polisləri üçün İslam qanununa əsasən yeni Hicablı Uniform hazırlanacaq.

Şotlandiya dövlətinin bu tarixi qərarı Şotlandiya Müsəlman Polis Dərnəyi - (SPMA) tərəfindən müsbət qarşılanıb.

Qeyd edək ki, Şotlandiya Müsəlman Polis Dərnəyi - (SPMA) 2010-cu ildə Şotlandiya yaşayan və fəaliyyət göstərən Müsəlmanlar və Müsəlman Cəmiyyətləri ilə Şotlandiya dövləti arasında sıx əlaqələrin yaradılması məqsədilə bu ölkə polisində yaradılıb.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib