Rusiya və İslam

Vladimir Putin: Təhsil müəssisələrində Hicab geyinməkdən "yaxşı heç nə yoxdur"

Rusiyanın Təhsil Nazirliyi Hicab qadağasının yolverilməz olduğu barədə qərar qəbul edib.

  • News Code : 763856
  • Source : İslamin Sesi
Brief

“Rusiyada təhsil hüququ cinsindən, irqindən, milliyyətindən, dilindən, mənşəyindən, əmlak, sosial və vəzifə vəziyyətindən, yaşayış yerindən, dinə münasibətindən, əqidəsindən, ictimai birliklərə mənsubiyyətindən və digər hallardan asılı olmayaraq zəmanət edilir."- Rusiyanın Təhsil Nazirliyinin mətbuat xidməti.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Rusiyanın Təhsil və Elm Nazirliyi zahiri əlamətlərinə görə tələbələrin ali məktəblərə çıxışını məhdudlaşdırmağı yolverilməz adlandırıb. Bu barədə nazirliyin mətbuat xidmətindən RİA Novosti agentliyinə Hicablı abituriyentlə bağlı vəziyyəti şərh edərkən bildirilib.

“Ali təhsil üzrə təhsil təşkilatlarına bu səbəblərə görə istənilən imkan məhdudlaşdırılması yolverilməzdir. Tələbələrin xarici görünüşü üzrə tələblər ali məktəbin daxili nizam-intizam qaydaları ilə müəyyən edilməlidir, ali məktəbin administrasiyası isə bu tələblərin yerinə yetirilməsinə nəzarət etməlidir. Rusiyada təhsil hüququ cinsindən, irqindən, milliyyətindən, dilindən, mənşəyindən, əmlak, sosial və vəzifə vəziyyətindən, yaşayış yerindən, dinə münasibətindən, əqidəsindən, ictimai birliklərə mənsubiyyətindən və digər hallardan asılı olmayaraq zəmanət edilir." - deyə, nazirliyin mətbuat xidmətindən verilən açıqlamada deyilir.

Qeyd edək ki, bir müddət öncə KİV-də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun mühafizəsinin Hicablı abituriyenti buraxmaqdan imtina etməsi məlumatları yayılmışdı. MDBMİ - Rusiyanın Xarici İşlər Nazirliyinin ali müəssisəsidir.

Rusiyanın təhsil ocaqlarında Hicab geyimi məsələsi dəfələrlə müzakirə edilmiş, ölkənin prezidenti bu baxımdan "Rusiyanın təhsil müəssisələrində Hicab geyinməkdən yaxşı heç nə yoxdur" deyə bildirmişdi.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib