Avstraliya Xəbərləri

Hicablı Müsəlman qadın Avstraliyada ilin birinci qadını seçildi

Muna Şindi eyni zamanda Avstraliya Dəniz Qüvvələrinin Ali Kamandanlığının İslam və Müsəlmanlar üzrə müşaviridir.

  • News Code : 674992
  • Source : ABNA- Xəbər Agentliyi
Brief

Nyu Saves Vlez əyalətinin qadın məsələləri üzrə katibi Peru Quard bildirib ki, xeyli sayda nümayəndələr arasında aparılan axtarışlardan sonra ilin qadını titulu məhz gəmi kapitanı, Hicablı Müsəlman qadını Muna Şindiyə layiq görülüb.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Avstraliyanın Nyu Saves Vlez əyalətinin qadın məsələləri üzrə katibi bəyanat yayımlayaraq, Avstraliyada ilin qadını kimi Hicablı Müsəlman qadının seçildiyini bildirib.

Nyu Saves Vlez əyalətinin qadın məsələləri üzrə katibi Peru Quard bildirib ki, xeyli sayda nümayəndələr arasında aparılan axtarışlardan sonra ilin qadını titulu məhz gəmi kapitanı, Hicablı Müsəlman qadını Muna Şindiyə layiq görülüb.

Katib məhz Muna xanımın bu iftixara layiq görülməsinin əsas səbəbini onun şücaətlə təbii fəlakətlərlə üzləşmiş məntəqələrə gedib yardım etməsi və Avstraliya Müsəlmanlarının bütün problemlərinin həlli uğrunda çalışması olduğunu bildirib.

Qeyd edək ki, Xanım Şindi eyni zamanda Avstraliya Dəniz Qüvvələrinin Ali Kamandanlığının İslam və Müsəlmanlar üzrə müşaviridir. Elə buna görə də, Muna Şindi Avstraliya Müsəlmanlarının problemlərini həll etməkə nail olub.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib