Kanadanın anti-İslam siyasətlərinə qarşı çıxaraq

Kanadalı Hicablı qadının müdafiə kampaniyası işə başladı

Hakim İlyana Marinqo sekular kobudluğunu ortaya qoyaraq Müsəlman qadından Hicabını açmasını tələb etdi.

  • News Code : 674759
  • Source : ABNA- Xəbər Agentliyi
Brief

Qeyd edək ki, Raniya Əlul oğlunun polis tərəfindən saxlanmış maşınını məhkəmə vasitəsi ilə geri almaq istəyərkən Hakim tərəfindən təhqir və zorakılıqla üzləşmişdir. Buna görə də, Kanadalı Müsəlmanlar Müsəlman Qadınlarının müdafiə kampaniyasına başlayaraq Raniya və oğlu üçün yeni bir maşın alaraq kampaniyanın cəm etdiyi pulların qalan hissəsi ilə vəkil tutaraq, digər Müsəlmanların hüquqlarını bərpa edirlər.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Kanadanın şərqində yerləşən Kvebek əyalətinin Məhkəmə Hakimi İlyana Marinqo vətəndaş Raniya Əlul-a qarşı kobudluq edərək ondan məhkəmə zamanı Hicabını başından açmasını və yaxud da, Hakim qarşısında münasib libasla! (nəzərdə başı açıq və sinəsi açıqlıq tutulur) hazır olmasını tələb edib.

Hakim Marinqo daha sonra Müsəlman qadından tələb edib ki, ya Hicabını açaraq məhkəmə sessiyasında iştirak etsin və yaxud özünə vəkil təyin etsin. Lakin Müsəlman qadın bildirib ki, Hicabını açmaqdan vaz keçir çünki, o Hicabı dini etiqadi baxımından dolayı geyinib və vəkil tutmağa da ki, heç bir maddi imkanı yoxdur. Bu səbəbdən də, Hakim məhkəməni növbəti günə təxirə salıb.

Məlumat ictimai şəbəkələrdə yayıldıqdan sonra Amerika və Kanada Müsəlmanları Hicablı Qadınlar üçün xüsusi ilə də, Raniya Əlulun müdafiə kampaniyasını təşkil edərək, Kanada və ABŞ-da Hicablı qadınlara qarşı olunan zülmlərə etiraz ediblər.

Belə ki, Kanada Müsəlmanlarından iki nəfəri “Raniya Əlul üçün maşın alaq” şüarı ilə bank hesabı açaraq ölkə Müsəlmanlarına bu haqda elan ediblər. Və cəmi üç gün ərzində 43 min Kanada dolları hesaba tökülüb.

Bu münasibətlə Müsəlmanlar bəyanat yayımlayaraq bildiriblər ki, Raniya Əlul zülmə məruz qalıb və onun hüquqları Məhkəmə tərəfindən kobud sürətdə pozulub. Raniyaya qarşı olunan bütün hərəkətlər Kanada sekular dövlətinin və İnsan Haqqlarının təyin etdiyi qanunlara ziddir.

Qeyd edək ki, Raniya Əlul oğlunun polis tərəfindən saxlanmış maşınını məhkəmə vasitəsi ilə geri almaq istəyərkən Hakim tərəfindən təhqir və zorakılıqla üzləşmişdir. Buna görə də, Kanadalı Müsəlmanlar Müsəlman Qadınlarının müdafiə kampaniyasına başlayaraq Raniya və oğlu üçün yeni bir maşın alaraq kampaniyanın cəm etdiyi pulların qalan hissəsi ilə vəkil tutaraq, digər Müsəlmanların hüquqlarını bərpa edirlər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib