İlahi İncilərin Nur Sil-Siləsi

İmam Xamenei həzrətlərinin çıxışları: Hicabı ləğv etmək iffəti məhv etməyə, İslam cəmiyyətində həyanı dağıtmağa müqəddimə idi

Hicabı ləğv etməklə qadın elmdə, siyasətdə, yaxud ictimai fəaliyyətlərdə inkişaf etmədi.

  • News Code : 659362
  • Source : İslamnuru.org
Brief

1978-ci ilin yanvar ayının yeddisində Məşhəddə müsəlman qadınların hicabı müdafiə üçün keçirdikləri böyük mitinq baş tutdu. Biz o zaman sürgündə idik. Məlumat aldıq ki, mömin, müsəlman və şücaətli qadınlar belə bir hərəkət etmişlər.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyi- Qərb qadınının fəsad bataqlığına girməsi ailə institutunun məhvinə gətirib çıxardı. Hicabı ləğv etməklə qadın elmdə, siyasətdə, yaxud ictimai fəaliyyətlərdə inkişaf etmədi. Bunların hamısı hicab və iffətlə də mümkün idi. Biz İslam quruluşunda bunu sınaqdan çıxardıq.

Hicabı ləğv etmək iffəti məhv etməyə, İslam cəmiyyətində həyanı sıradan çıxarmağa müqəddimə idi və insanları çox güclü cinsi amillə məşğul etməkdən ötrü həyata keçirildi. Məqsəd onları bütün işlərdən saxlamaq idi. Bir müddət buna nail oldular, amma İran xalqının güclü imanı qoymadı.

Bizim müsəlman qadınlarımız yaradılan əngəllərə rəğmən, həmişə bu təzyiqin qarşısında müqavimət göstərdilər; Rza xan gedəndən sonra bir cür, onun dövründə bir cür, tağut rejiminin digər dövrlərində də bir cür.

Buna görə 1978-ci ilin yanvar ayının yeddisində Məşhəddə müsəlman qadınların hicabı müdafiə üçün keçirdikləri böyük mitinq baş tutdu. Biz o zaman sürgündə idik. Məlumat aldıq ki, mömin, müsəlman və şücaətli qadınlar belə bir hərəkət etmişlər. Bu, tağut rejiminin faciələrinin bir hissəsidir. Dini amalları, əxlaqi dəyərləri, iqtisadi inkişafı və beynəlxalq iqtidarı məhv etmək, bir xalqın sərvətlərini havaya sovurmaq həmin tağut və bədnam rejimin işlərindən idi.

 

Ayətullah Seyid Əli Xamenei

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib