Avropanın Hicabafobiya Siyasətləri Səngimir

Fransada İnsan Haqqları kobud sürətdə pozuldu - Niqablı qadın operadan qovuldu

Qadına ya üznü açmaq, ya da operanı tərk etmək məcburiyyətində qalıb.

  • News Code : 645581
  • Source : ABNA- Xəbər Agentliyi
Brief

"Traviata 3" operasının nümayişi zamanı Fars körfəzi ölkələrindən birindən gələn niqab taxan turist qadın salonda ön sıralardan birində oturub. Lakin teatr işçiləri qadının hüquqlarını kobud şəkildə pozularaq, onu Bastiliya operasından qovublar.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, özünü “Azadlığın anası” adlandıran Fransada Hicabla bağlı problem yaşanıb. Belə ki, "Traviata 3" operasının nümayişi zamanı Fars körfəzi ölkələrindən birindən gələn niqab taxan turist qadın salonda ön sıralardan birində oturub. Lakin teatr işçiləri qadının hüquqlarını kobud şəkildə pozularaq, onu Bastiliya operasından qovublar.

"France Fress" agentliyinə açıqlamasında teatrın direktor müavini Jan Fillip Tilley deyib: “Aktyorlardan bəziləri hətta qadına qarşı tədbir görülənə kimi oxumayacaqlarını bildirdilər”.

İndi Fransanın Mədəniyyət Nazirliyi teatr, muzey və digər ictimai yerlərdə baş örtüyündən istifadə ilə bağlı qaydalar hazırlayır.

Qeyd edək ki, 2011-ci ilin 11 aprelindən etibarən Fransada insan haqqlarına kobud şəkildə zidd olan qanun qüvvəyə minib. Qanuna əsasən ictimai yerlərdə niqab taxmaq qadağandır. Üzü tam bağlı vəziyyətdə ictimai yerlərdə gəzən qadınlar isə, 150 avroya kimi cərimə ödəməlidir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib