Anti-İslam Qanunun Dəyişiləcəyi Gözlənilir

Fransada Hicabı qadağan edən qanun yeni bir problem ilə üzləşdi

  • News Code : 488224
  • Source : ABNA- Xəbər Agentliyi Fars Nyus-a istinadla
Brief

Fransa vətəndaşı olan xanım Kasandra Belinin vəkili Flip Batli, bu gün keçirilən məhkəmədə çıxış edərək, Fransada Hicabı qadağan edən qanunu əsassız və qeyriqanuni sayıb. Belə ki, Hicab qadağası yalnız Müsəlmanlara şamil olunduğu üçün, Batli qeyd olunan qanunun ayrı-seçkilik və diskriminasiya yaratdığını bildirib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün, Fransada ictimai yerdə Hicabla gəzdiyi üçün həbs olunan cavan Müsəlman vətəndaşın məhkəməsi keçirilib.

Məhkəmə prosesində çıxış edən vəkillər, Fransa dövlətinin Hicabı qadağan etməkliyə dair çıxartdığı qnunun qeyriqanuni olduğunu elan ediblər.

Hakim vəkillərin tələbini qəbul edərək növbəti prosesi 2014, 8 yanvar tarixinə təxirə salıb. Keçiriləcək prosesdə vəkillərin tələbi ilə Fransa Əsas Qanun Şurasının verdiyi hökümə yenidən baxılacağı bildirilib.

Qeyd edək ki, cari ilin Mübarək Ramazan ayında Fransanın qərb bölgəsi sakinlərindən biri olan, 20 yaşlı Kasandra Belin adlı Müsəlman xanım, Hicab bağladığı üçün polis tərəfindən həbs edilmişdir.

Hadisə, Fransada böyük qalmaqala səbəb oldu. Müsəlmanlar bu haqsızlıqa etiraz əlaməti olaraq aksiyalar təşkil etdilər. Polis, xanım Kasandra Belinin həyat yoldaşını polisi təhqir etmək ittihamı ilə həbs etdi.

Fransa vətəndaşı olan xanım Kasandra Belinin vəkili Flip Batli, bu gün keçirilən məhkəmədə çıxış edərək, Fransada Hicabı qadağan edən qanunu əsassız və qeyriqanuni sayıb. Belə ki, Hicab qadağası yalnız Müsəlmanlara şamil olunduğu üçün, Batli qeyd olunan qanunun ayrı-seçkilik və diskriminasiya yaratdığını bildirib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib