Azərbaycan Respublikasına Bariz Nümunə

Kanada, Müsəlman qadın polis zabitlərinə Hicabla vəzifə başında olmağa icazə verdi

  • News Code : 487675
  • Source : ABNA- Xəbər Agentliyi “Xəbər TV”-ə istinadla
Brief

Edmonton Şəhər Polis Xidmət Mərkəzi: “Aparılan araşdırmalardan sonra məlum oldu ki, Hicab geyimi polis qadınları üçün heç bir əngəllik yaratmır və onların iş qabiliyyətlərinə zərər gətirmir”.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Kanadanın qərb əyaləti olan Alberta vilayətinin Edmonton şəhərində Müsəlman qadın polis zabitlərinə vəzifə başında Hicabla hazır olmağa icazə verildi.

Edmonton Şəhər Polis Xidmət Mərkəzi bu haqda bəyanat verərək bildirib: “Mərkəzimiz, Müsəlman qadın əməkdaşlarımızın geyimlərində Hicab seçiminə hörmətlə yanaşır”.

Bəyanatda daha sonra deyilir: “Edmonton Şəhər Polis Xidmət Mərkəzi bir çox polis və hərbi təşkilatlardan ibarətdir. Mərkəzimiz, hal hazırda Hicab məsələsini nəzərə alaraq, vahid polis geyimi ilə əlaqədar qanununda dəyişilik aparıb”.

Həmçinin bəyanatda deyilib: “Aparılan araşdırmalardan sonra məlum oldu ki, Hicab geyimi polis qadınları üçün heç bir əngəllik yaratmır və onların iş qabiliyyətlərinə zərər gətirmir”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib