İslam Dünyası

İndoneziyada qadın polislər dübarə Hicabla post başında hazır oldular

  • News Code : 483603
  • Source : ABNA- Xəbər Agentliyi
Brief

General Sutarman, İndoneziya Milli Polis İdarəsinin əməkdaşları ilə keçirdiyi konfransda bildirib: “Örpəkdən istifadə etmək insanların haqqıdır, buna görə də, İndoneziya xanım polislərinə Hicabdan istifadə etmək hüququ verilir. Lakin qeyd etməliyik ki, Hicabı təhiyyə etmək, polis idarəsinin öhdəsindən xaricdir və qadın polis əməkdaşları şəxsi imkanlarından istifadə edərək, öz örpəklərini almalı olacaqlar”.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, səkkiz il öncə polis idarələrində Hicabla işə gəlməkliyi qadağan edən İndoneziya höküməti Müsəlman xanım polislərinə sabahdan, çərşənbə günü, 27 Noyabr, 2013 tarixdən etibarən Hicablarına riayət edərək, müxtəlif xüsusi əməliyyatlarda iştirak etməklərinə icazə verib.

İslam və bəşər hüquqşünasları bir müddət öncə İndoneziya polis idarəsinə müraciət edərək, Müsəlman xanım polis işçilərinin Hicabdan istifadə etməkliklərini qadağan edən qanunun ləğ edilməsini istəmişlər.

İnoneziya Polis İdarəsinin yeni Rəisi, General Sutarman bu haqda açıqlama verərək bildirib: “Örtük bağlamağa meyli olan xanım polis əməkdaşları, indidən belə əməliyyat zamanı Hicabdan istifadə edə bilərlər”.

General Sutarman, İndoneziya Milli Polis İdarəsinin əməkdaşları ilə keçirdiyi konfransda bildirib: “Örpəkdən istifadə etmək insanların haqqıdır, buna görə də, İndoneziya xanım polislərinə Hicabdan istifadə etmək hüququ verilir. Lakin qeyd etməliyik ki, Hicabı təhiyyə etmək, polis idarəsinin öhdəsindən xaricdir və qadın polis əməkdaşları şəxsi imkanlarından istifadə edərək, öz örpəklərini almalı olacaqlar”.

Bildirmək lazımdır ki, İndoneziya hökümətinin Hicabla bağlı xanım polis əməkdaşları üçün verdiyi yeni qərarı, Müsəlman xanım polislər tərəfindən müsbət rəylə qarşılanıb.

Xatırladaq ki, 2005 –ci ildə, İndoneziya Milli Polis İdarəsinin Rəisi, General Day Bəçtiyar qadın polis işçilərinin Örpəkdən istifadə etmələrini qadağan etmişdir. O, bütün polis idarələrinə göstəriş verərək, polis işçilərinin vahid polis geyimindən istifadə etməklərini tələb edərək, Hicabdan istifadə olunmasını qadağan etmişdir.

Lakin İndoneziyanın təkcə “Açe” əyaləti qeyd olunan qadağadan istisna olunmuşdur. Çünki İndoneziya qanununa əsasən, hər bir əyalətdə əgər əhalinin çoxluğunu Müsəlmanlar təşkil edərsə, əyalət Şəriət qanunlarından istifadə etmək haqqına malikdir. Buna görə də, “Açe” əyaləti, Şəriət qanununa istinad edərək İctimai yerlərdə Hicaba riayət edilməsini lazım bilir.

Qeyd edək ki, İndoneziya dünyada Müsəlmanların ən çox yaşadığı ölkədir. Bu ölkənin 240 milyon əhalisi vardır. Əhalinin 85%-dən çoxunu isə, Müsəlmanlar təşkil edir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib