Konstitusiya Aliliyini Nəzərə Almayan

Bəzi məktəb direktorları valideynləri təxribata çəkir?

  • News Code : 466350
  • Source : İslam Azeri
Brief

Valideyn Qasımova Aynurə: Suraxanı rayonu Nazim Rəfiyev adına 104 saylı orta məktəbdə hicablı şagirdlər dərsə buraxılmır.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Azərbaycan Respublikasında Orta məktəblər işə başladıqdan sonra bəzi məktəblərdə qanunsuz Hicab qadağası davam edir.

Belə ki, bəzi məktəb direktorları qanunsuz olaraq hicab qadağası tətbiq edərək bu qadağanı rəsmi qadağa kimi göstərmək istəyir.

Onlar hicaba qarşı təhqiredici ifadələr işlətməkdən belə çəkinmirlər.

Tahirova Gulnar adlı valideynin bildirdiyinə görə, Xırdalanın 2 və 5 saylı məktəblərində belə özbaşnaçılıq davam edir. Hicablı şagirdlərin başları zorla açılaraq "gedin başınıza çarə qılın" deyilib.

Digər valideyn Qasımova Aynurə də bu məsələdən şikayətçidir.

Onun bildirdiyinə görə, Suraxanı rayonu Nazim Rəfiyev adına 104 saylı orta məktəbdə hicablı şagirdlər dərsə buraxılmır.

Monitorinq zamanı oda məlum olubki, bəzi məktəb direktorları ilə danışıqdan sonra şagirdlərin hicabla dərsə gəlməsinə icazə verirlər.

Belə halla rastlaşan valideynlər bildirirlərki, bu məsələdə valideynlərin ciddiyətindən çox şey asılıdır.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib