Azərbaycan

Yeni təhsil ilində ADNA-da Hicab problemi yenidənmi yaşanmaqdadır? + Foto

  • News Code : 463224
  • Source : ABNA- Xəbər Agentliyi
Brief

Nizamnamənin 7.9.-də deyilir: “ADNA-da təhsilalanların geyimi sadə, müasir, rahat, dünyəvi təhsilin və dünya mədəniyyətinin ruhuna yad ünsürlərdən kənar, dini və ifratçılıq atributlarından uzaq olmalıdır. Qız tələbələrin baş örtüyü (hicab), oğlan tələbələrini isə saqqal buraxıb dərslərdə iştirakına yol verilmir.”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) növbəti özbaşınalıq qeydə alınıb.

Belə ki, bu gün Abna.ir saytının redaksiyasına sözügedən universitetdə cari ilin Mart ayının 4-də “Hicab”-la bağlı yaranmış problemin bu günə kimi öz həllini tapmadığı haqda məlumat daxil olub. Məlumatda Azərbaycan Dövlət Neft Akademiyasında işləyən Hicablı xanımların da artıq sentiyabr ayının 4-dən işə buraxılmadıqları bildirilir.

Məktubda deyilir: “Salamun əleykum. Sizi narahat etməkdə məqsədim sizə bildirməkdir ki, Neft Akademiyasında hələ də hicab problemi davam edir. Artıq sabahdan dərslər baslanır yenə eyni streslərlə qarsilasacagıq. Bu vaxta kimi bunun səs-kuyə səbəb olmamasinin səbəbi tələbələrin tətildə olmasidir...”

“Bizim Allahdan basqa komək edənimiz yoxdur”- deyə bildirərək, saytımızın əməkdaşlarından bu məsələni tez bir zamanda işıqlandırmalarını istəyən Hicablı Xanım, bu yolda musəlman olaraq bir-birimizə dəstək olmamızın vacib olduğunu vurğulayıb.

Əməkdaşlarımızın apardıqları araşdırmalardan məlum oldu ki, Azərbaycan Dövlət Neft Akademiyası, qəbul etdikləri “nizamnamə”yə əsaslanaraq anti-konstitusion addımlar atır. Nizamnamənin 7.9.-də deyilir: “ADNA-da təhsilalanların geyimi sadə, müasir, rahat, dünyəvi təhsilin və dünya mədəniyyətinin ruhuna yad ünsürlərdən kənar, dini və ifratçılıq atributlarından uzaq olmalıdır. Qız tələbələrin baş örtüyü (hicab), oğlan tələbələrini isə saqqal buraxıb dərslərdə iştirakına yol verilmir.”

ADNA-da qəbul olunan “nizamnamə”nin isə hansı dərəcədə qeyrikonstitusion olması, Hicabın (baş örtüyü) yad ünsür mədəniyyətinə aid edilməsi və ifratçılıq atributlarından sayılması aşağıda Azərbaycan Respublikasının Konstitusiyasından çıxardılmış maddələrə nə dərəcədə zidd olduğu aydın müşahidə olunur.

«Azərbaycan Respublikasının Konstitusiyası

"Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir:

  - Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;

  - Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;

  - vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;

  - xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;

Birinci bölmə. Ümumi müddəalar

2-ci fəsil. Dövlətin əsasları

Maddə 12. Dövlətin ali məqsədi

I. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

 

İkinci bölmə. Əsas hüquqlar, azadlıqlar və vəzifələr

3-cü fəsil. Əsas insan və vətəndaş hüquqları və azadlıqları

Maddə 24. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipi

I. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır.

II. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.

Maddə 25. Bərabərlik hüququ

I. Hamı qanun və məhkəmə qarşısında bərabərdir.

III. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.

IV. Heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz.

V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.

Maddə 28. Azadlıq hüququ

I. Hər kəsin azadlıq hüququ vardır.

II. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər.

Maddə 42. Təhsil hüququ

I. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır.

Maddə 46. Şərəf və ləyaqətin müdafiəsi hüququ

I. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır.

II. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.

III. Heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz...

Maddə 48. Vicdan azadlığı

I. Hər kəsin vicdan azadlığı vardır.

IV. Dini etiqad və ya əqidə hüquq pozuntusuna bəraət qazandırmır.

V. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.»

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib