Səlib Yürüşlərinin Davamı

Fransada növbəti dəfə Məscidə hörmətsizlik olundu + Foto

  • News Code : 450539
  • Source : ABNA- Xəbər Agentliyi
Brief

Bununla kifayətlənməyən irqçi qüvvələr, Məscid yaxınlığındakı avtomobil dayanacağında park edilmiş maşına hücum çəkərək onun da üzərində sınmış xac şəkilləri çəkiblər.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, naməlum anti-İslam cərəyanları tərəfindən Fransanın cənub qərbində, Atlantik okean sahillərində yerləşən Jirond şəhərinin Lesparre Miodok məntəqəsindəki Məscidin divarlarında svastika (gamalı xaç və sınmış səlib) şəkilləri çəkilib.

Bununla kifayətlənməyən irqçi qüvvələr, Məscid yaxınlığındakı avtomobil dayanacağında park edilmiş maşına hücum çəkərək onun da üzərində sınmış xac şəkilləri çəkiblər.

Qeyd edək ki, baş verən hadisədən üç gün öncə, Fransa Müsəlmanları, İslam ayinlərini həyata keçirərkən, anti-İslam qüvvələr tərəfindən hücuma məruz qalmışdır.

Xatırladaq ki, Fransada anti-İslam siyasətlərin rəsmi sürətdə yürüdülməsinə, televiziya,radio, media və mətbuat səviyyəsində ant təbliğlərin başlanmasına 10 il öncə, 2004-cü ildə start verilib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib