AFC (Asiya) Qadınlararası Çempionat

Xanım Zəhra (s) və Xanım Zeynəbin (s) göstərdikləri yardıma təşəkkür olaraq Çadra bağladım + Foto

  • News Code : 446112
  • Source : ABNA- Xəbər Agentliyi
Brief

Süməyyə Heydəri: “Çempionatda gümüş medalı qazandıqdan sonra, Müsəlman qadın olaraq, İslamın buyurduğu Çadra ilə bütün dünya qarşısında ikincilik pilləsinə yüksəlməyim, məni gümüş medal qazanmağımdan daha da fərəhləndirirdi...”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,  İran İslam Respublikasının İslamçı idmançıları dünyaya hər zaman olduğu kimi bir daha AFC (Asiya) Qadınlararası Kuraş Çempionatında İslamı dəyərləri nümayiş etdiriblər.

Belə ki, AFC (Asiya) Qadınlararası Kuraş Çempionatının ikincisi olan Süməyyə Heydəri, Beynəlxalq Qurani Kərim Sərgisində “Quran və Mərdlik Ayinləri” bölümünə verdiyi müsahibədə bu haqqda belə deyib: “Allah Təala və Əhli-Beyt əleyhimus səlamların həyatımdakı rolları çox böyükdür. İnsan həyatı boyu elə müxtəlif problemlərlə üzləşir ki, çarəsi yalnız Allah Təaladır. Mən müvəffəqiyyət əldə etmək üçün, çox əziyyət çəkmişəm. Amma bütün çətin məqamlarda Alahdan mənə yardımçı olmasını diləmişəm. Allah Təala da daim mənə yardımçı olub. İndi mən arzu etdiyim müvəffəqiyyəti artıq əldə etmişəm və Allah Təalanın mənə yardımçı olmasını daha da çox hiss edir və tam vücudumla duyuram.

AFC (Asiya) Qadınlararası Kuraş Çempionatında, Çadra ilə ikinci pilləyə yüksələrək gümüş medalla təltif olunan Süməyyə Heydəri bildirib: “Dediyim kimi həyatım boyu çox əzablar çəkdiyim üçün, və çətin məqamlarda daim Xanım Zəhranın (əleyha səlam) və Xanım Zeynəbin (əleyha səlam) mənə əbəssiz yardımlar göstərmələrini hər zaman, haçansa az da olsa müsbət cavablandıra biləcəyimi düşünürdüm. Çempionatda gümüş medalı qazandıqdan sonra, Müsəlman qadın olaraq, İslamın buyurduğu Çadra ilə bütün dünya qarşısında ikincilik pilləsinə yüksəlməyim, məni gümüş medal qazanmağımdan daha da fərəhləndirirdi...”

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib