Azərbaycan İslamofobiya Dalğası

ADNA-da yenidən Hicab qadağası (Cari ildə ikinci dəfədir baş verir)

  • News Code : 443912
  • Source : İslam Azeri
Brief

ADNA rəhbərliyinin Azərbaycanın da qoşulduğu beynəlxalq konvensiyalara və Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq özbaşına şəkildə Hicabı qadağan etmək qərarı yenidən bir çox problemlərə səbəb olacaq.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) tələbələri, ADNA-da yenidən Hicablı tələbələrə qarşı qanunsuzluq hallarının baş qaldırdığnı bildiriblər.

Tələbə xanımlar qeyd ediblər ki, sənədləşmə və digər işlərlə bağlı ADNA-ya gələn Hicablı tələbələrə içəri keçməyə icazə vermirlər.

Onlar deyibər ki, təhsil ocağının binasına keçmək istəsələr də nəzarətçilər buna mane olublar.

Akademiyanın tələbələri bildiriblər ki, hazırda tətil olduğundan bu qanunsuzluq elə də nəzərə çarpmır.

Amma yəqin ki dərs ili başladıqdan sonra ADNA rəhbərliyinin Azərbaycanın da qoşulduğu beynəlxalq konvensiyalara və Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq özbaşına şəkildə Hicabı qadağan etmək qərarı yenidən bir çox problemlərə səbəb olacaq.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib