Səlib yürüşlərinin O biri Üzü

Parisdə zorakılığa məruz qalan Hicablı hamilə xanım uşağını itirib

  • News Code : 431196
  • Source : Haq Yolu Fakt Xeber-ə istinadla
Brief

Təcavüzə məruz qalan xanımın vəkili Hosni Maati: “Hüquqlarını müdafiə etdiyim 21 yaşlı gənc xanım hamilə olduğu 4 aylıq körpəsini itirib.”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Fransanın paytaxtı Parisin Argenteuil məhəlləsində müsəlman qadın radikal irqçi qruplaşmaların hücumuna məruz qalıb. Hadisə zamanı hamilə xanım uşağını itirib.

Bu barədə ictimaiyyətə təcavüzə məruz qalan xanımın vəkili Hosni Maati açıqlama verib. Vəkil qeyd edib ki, hüquqlarını müdafiə etdiyi 21 yaşlı gənc xanım hamilə olduğu 4 aylıq körpəsini itirib.

Cümə axşamı günü iki nəfərin hücumuna məruz qalan müsəlman xanım, müxtəlif dərəcələ bədən xəsarətləri alıb. Cinayəti törədənlər onun hicabını çıxarmaq istəyiblər. Lakin buna nail ola bilməyiblər. Qadının hamilə olduğunu bildirərək yalvarması, cinayəti törədən şəxslərin onun qarnına təpik vurmasına səbəb olub.

Qeyd edək ki, eyni bölgədə 3 həftə bundan öncə də digər bir hicablı xanım təcavüzə məruz qalmışdı. Hadisədən sonra polisin məsələyə loyal yanaşması Fransada yaşayan müsəlmanların ciddi şəkildə etirazına səbəb olmuşdu.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib