Avropa Bunu Etdi, Bəs əliyevlər Necə?...

Danimarkada Müsəlman Xanımların Hicab sərbəstliyi bərpa edilib

  • News Code : 425731
  • Source : Deyerler “CNN”-ə istinadla
Brief

“Dansk Supermarked” şəbəkəsi hicab qadağasının aradan qaldırıldığını bəyan edib

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Danimarkada işçilərinin hicablı olmasına icazə verməyən supermarketlər şəbəkəsi, Müsəlman Xanımların sosial mediada başlatdıqları kampaniyadan sonra bu qanunsuzluğu aradan qaldırıb və Hicab sərbəstliyini bərpa edib.

“Dansk Supermarked” şəbəkəsi hicab qadağasının aradan qaldırıldığını bəyan edib. Qərar, sosial mediada öz azadlıqları uğrunda kampaniyaya başlayan müsəlmanlar tərəfindən məmnuniyyətlə qarşılanıb.

250 min müsəlmanın yaşadığı Danimarkada Nada Fraije adlı Müsəlman Xanım bu yaxınlarda Hicablı olduğuna görə sözügedən şirkətdə işindən uzaqlaşdırılmışdı. Bundan sonra mövzu bütün ölkənin sosial mediasının əsas gündəminə çevrilib. Çoxlu sayda danimarkalı Müsəlman gənclərə öz dəstəyini verib. 2 həftəlik etirazlardan sonra şirkətin sözcüsü Mads Grand bu mövzunu rəhbərlik səviyyəsində müzakirə etdiklərini və bundan sonra hicabla əlaqədar heç bir ayrı-seçkiliyin olmayacağını bəyan edib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib