Anti-İslam Siyasətlərin Davamında

Hicab məhbuslarının üçüncü qrupunun məhkəməsi keçirilib

  • News Code : 424839
  • Source : İslam Azeri
Brief

İslamazeri.az-ın xüsusi müxbiri məhkəmə iclasına buraxılmayıb.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu gün saat 14:00-da 5 oktyabr "Hicaba Azadlıq" aksiyasında həbs olunan dindarlardan üçüncü qrupunun məhkəmə iclası keçirilib

Qondarma məhkəmədə Hicab məhbuslarından Elçin Quliyev, Sahil Rzayev, Rauf Qarayev, Ülfət Qasımlı, Elşən Haşımov, Səxavət Quliyev, Bayraməli Vəlişov, Ruhid Abbasov, Elçin Məmmədov, Dadaş Vəliyev, Aydın Məmmədov mühakimə olunublar.

Vəkil Fariz Namazov islamazeri saytına verdiyi açıqlamasında qeyd edib ki, "bu dəfəki məhkəmə iclasında 3 vəkil çıxış edib. Çox güman gələn məhkəmə iclasında 1 nəfər vəkil və mühakimə olunan şəxslər son sözlə çıxış edəcək."

Növbəti məhkəmə iclası İyun ayının 3-ü saat 15:00-a təyin olunub.

Qeyd edək ki, məhkəmə iclasına İslamazeri.az-ın xüsusi müxbiri buraxılmayıb.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib