Hicabın Müdafiəçiləri

Hicab məhbuslarının məhkəməsindən geniş reportaj

  • News Code : 421760
  • Source : islamazeri.az
Brief

“Hicaba Azadlıq 3” aksiyasında həbs edilənlərin növbəti qrupunun işinə hakim Məzahir Sadıqovun sədrliyi ilə Nərimanov rayon məhkəməsində baxılır.

 Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən bu gün saat 10:20-də 5 oktyabr 2012-ci il tarixində keçirilən “Hicaba Azadlıq” aksiyasında iştirak etdiyi üçün həbs olunan Elşad Rzayev, Vahid Lələkişiyev, Ramil Mehdiyev, Elçin Məmmədov, Ramil Vəliyev və Arif Fətəliyevin məhkəmə iclası şahidlərin ifadə verməsi ilə davam etdirilib.

İlk öncə Vəliyev Ramilin vəkili məhkəməyə şəxsiyyətini səciyələndirən sübutlar barədə işin yüngülləşdirilməsi üçün vəsadət qaldırılıb. Vəkil deyib ki, “Ramil həbs olunandan sonra atası vəfat edib. Xanımı isə heç bir yerdə işləmir, evdar qadındır. Öhdəçiliyində azyaşlı uşaq var. Xahiş edirəm bunları nəzərə alıb protokola daxil edəsiniz”.

Hakim Məzahir Sadıqov vəsadəti qəbul edib və sənəd protokola daxil olunub.

Davam edən məhkəmə iclasında şahid qismində Qurbanov Vəli məhkəmədə ifadə verib: “Bizə idarədən zəng gəldiki aksiya olacaq. Bizdə idman tədbiri ilə bağlı təhsil nazirliyinin ərazisində idik. Tapşırıq gələndən sonra avtobuslarda əyləşərək gözləməyə başladıq. Gördük ki, gəlirlər. Rəis tapşırıq verdiki qarşısını alın. Bizdə aldıq.”

Dövlət ittihamçısı:

 - Siz orada polis formasında vəzifə borcunuzu yerinə yetirirdiniz ya mülki geyimdə idiniz?

Şahid Qurbanov Vəli:

- Polis formasında.

Dövlət ittihamçısı:

- Siz təqsirləndirilən şəxslərdən aksiya zamanı hansını görmüsünüz?

Şahid Qurbanov Vəli:

- Mediyev Ramini və Lələkişiyev Vahidi görmüşəm.

Dövlət ittihamçısı:

 - Sizin nə dediyinizi başa düşə bilmirik. Nə dediyinizi bilmirsinizsə nəyə gəlmisiniz bura şahid qismində. Xahiş edirəm suala açıq, uca səslə cavab verin. Qorxmağa ehtiyac yoxdu. Sizi orada vururdular ya yox?

Ş.Qurbanov Vəli:

- Xeyr vurmadılar. Biz dedik sakit durun, onlarda biraz orada qaldılar sonra getdilər.

Dövlət ittihamçısı:

- Bəs heçnə baş vermədisə siz orada neynirdiniz?

Ş.Qurbanov Vəli:

- Çağırdılar bizdə getdik.

Şahid Qurbanov Vəli

 - Sən niyə qorxa-qorxa cavab verirsən. Burda belə danışırsansa gör orada necə asayişi qoruyurdun? Sənin iş yoldaşlarını niyə vururdular?

Şahid Qurbanov Vəli

- Nə bilim. Vururdularda.

Daha sonra təqsirləndirilən şəxs Lələkişiyev Vahid şahid Qurbanov Vəliyə sual ünvanladılar:

L.Vahid-

-Siz çəkilmiş kadrlarda var idiniz?

Şahid Qurbanov Vəli:

- Xeyr.

Hakim

- Kimi görmüsünüz orada? L.Vahid hansı formada idi orda? Geyimi necə idi?

Şahid Qurbanov Vəli:

- Başında papaq var idi.

Təqsirləndirilən şəxs Mehdiyev Ramin şahid Qurbanov Vəliyə etiraz edərək bildirib: ”Siz yalan danışırsınız. Məni orada görməmisiniz. İstintaq dövründədə məni tanımadınız. Müstəntiq deməsəydi bilməyəcəydin mənim geyim formam necə olub”.

Hakim sonra yenə sual verdi:

- 40 nəfər polis işçisi niyə qarşıların ala bilmədiniz?

Şahid Qurbanov Vəli:

- Üzərimizdə heç bir şey yox idi.

Hakim Məzahir Sadıqov daha sonra digər və sonuncu şahidi məhkəmə iclasına ifadə vermək üçün dəvət edib.

Məhkəmə istintaqına ifadə verən polis əməkdaşı Məmmədov Tural deyib ki, “Oktyabr ayı idi. Dedilər aksiya olacaq. Gəldik nazirliyin qarşısına. İnsanlar şüar səsləndirərək gəlirdilər. Çalışdıq qarşısını alaq. Mümkün olmurdu. Mən orada iştirak edənlər Məmmədov Elçini və Rzayev Elşadı tanıyıram. Elşad müəllim özün elə aparırdı ki, guya "spesnaz"dı kim ona hücum edirdi vururdu. Mən daha sonra Məmmədov Elçini tutdum. Əlində torba var idi. Torbanında içində plastik su qabına  doldurulmuş benzin var idi. Soruşdum bu nədi heç nə demədi”.

Təqsirləndirilən şəxs Elçin Məmmədov

- Məni harada gördünüz?

Şahid Məmmədov Tural

- Nazirliyin qarşısında.

Elçin Məmmədov-

Məni görəndə əlimdə nə var idi?

Şahid Məmmədov Tural

- Yadımda deyil.

Daha sonra Elşad Rzayev şahidin ona istehza ilə söz atmasına cavab verib. O qeyd edib ki, ”Siz bu günə qədər dindarları məzlum bilmisiniz. Həmişə döymüsünüz, söymüsünüz. Bundan əvvəlki aksiyalarda qadınlara əl qaldırmısınız. Amma  Allah Quranda buyurub ki, zalımları öz bəndələri ilə cəzalandıracaq. Məndə sənə deyirəm ki,  Allahın vəd verdiyi əzabdan qorx tövbə et. İkincisi də mənə bayaq müəllim dedin. Mənə müəllim deyərək müraciət etmə. Belə davam etsən məndə sənə həkim deyəcəm”.

Şahid Məmmədov Tural-

Elşad müəllim Quranda yazılıb ki, polisi vurun?

Elşad Rzayev

- Həkim, dedim axı mənə müəllim demə. Allah Quranda deyir ki, Allahın əmrlərinə qarşı çıxanlar cəzalandırılmalıdır. Sən də zalıma xidmət edənsən. Allah verdiyi güclə məndə sənin kimiləri şükür Allaha cəzalandırdım ".

Hakim mübahisəyə son qoymaq üçün sübutların araşdırılmasına başlandığını deyib və şahidə ifadəsinin bitdiyini deyərək getməsini bildirib.

Daha sonra videoçarxlara baxılıb və ekspertiza rəyləri açıqlanıb.

Sonda hakim Məzahir Sadıqov məhkəmə istintaqının yekunlaşdığını elan edib. Dövlət İttihamçısı çıxış üçün vaxt istəyib. Hakim məhkəmə iclasını may ayının 29-u saat 10:00-a təyin edib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib